Yuxarı

Kreml görüşü: Putin Paşinyana dəstək verməyəcək... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirilə bilər.

Bu sözləri Axar.az-a Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal toplantısı çərçivəsində Rusiya və Ermənistan rəhbərlərinin görüş ehtimalını dəyərləndirən politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, MDB dövlət başçıları arasında ikitərəfli görüşlər reallaşsa da, bu, geniş tərkibdə olmayacaq:

“O cümlədən Sankt-Peterburqda Putinlə Paşinyan arasında da ikitərəfli görüş keçirilə bilər. Əslində, bu görüşlərin seçkidən öncə keçirilməsi tamamilə təsadüfdür. Ancaq istənilən halda bu görüşün Ermənistanın daxilində gedən proseslərə və növbədənkənar parlament seçkisinə heç bir təsiri olmayacaq, formal xarakter daşıyacaq. Ona görə də bu görüşdən nəsə gözləmək olmaz”.

Millət vəkili Rasim Musabəyov isə ümumiyyətlə belə bir görüşün olacağını düşünmür:

“Çünki nə Putin seçkilərlə bağlı Paşinyana dəstək vermək istəyir, nə də Paşinyanın buna ehtiyacı var. Böyük ehtimalla, hər iki tərəf məsafə saxlayacaq və ümumiyyətlə mümkün qədər belə bir görüşdən qaçmaq istəyəcəklər. Bu görüş baş tutsa belə, onun hansısa nəticəsi olmayacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşünü keçirəcək. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq Sankt-Peterburqadır.

Tarix
2018.12.06 / 17:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla