Yuxarı

Minsk qrupundan Qarabağla bağlı razılıq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Minsk qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar.

Trend-in məlumatına görə, bu barədə Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.

Sənəddə deyilir ki, ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Bəyanatda qeyd edilir ki, həmsədr ölkələr Azərbaycan və Ermənistan liderlərinin sentyabrda Düşənbədə keçirilən MDB sammitinin kluarlarında söhbətindən sonra atəşkəs rejiminin pozulması hallarının azalmasını alqışlayırlar:

"Tərəflərə orada əldə olunmuş razılaşmaları davam etdirməyə və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırış edilib. Həmsədr ölkələr yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri səviyyəsində konkret nəticələrə və münaqişənin ədalətli və davamlı sülh yolu ilə həllinə istiqamətlənmiş intensiv dialoqun bərpa ediləcəyinə ümid etdiklərini bildiriblər".

Həmçinin qeyd edilir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan münaqişənin sülh yolu ilə həlli üzrə intensiv fəaliyyətə sadiq olduqlarını bir daha bəyan ediblər:

"Onlar 2019-cu ilin əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında bu məqsədlə və yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə görüşməyə razılaşıblar".

Tarix
2018.12.06 / 21:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla