Yuxarı

İrəvanda gizli səs yazısı ajiotajı: Kreml yenə xatırlatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emrənistanda son vaxtlar adi hala çevrilən gizli səs yazısının yayılması qalmaqallarına inqlab sonrası keçirilən seçkiqabağı ajiotaj kimi baxmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, inqlabdan sonra Ermənistan demokratiya eyforiyası yaşayır:

“Bu xüsusiyyət bütün postinqilab cəmiyyətlərinə aiddir. Həmçinin Ermənistanda hazırda ciddi klanlararası savaş gedir. Qarabağ erməniləri hakimiyyətin itirilməsi ilə hələ də barışmayıb. Ona görə hakimiyyət uğrunda ölüm-dirim mübarizəsinə qalxıblar”.

Politoloq vurğulayıb ki, bu səs yazılarının ortaya çıxarmasının səbəbinin biri də rus kəşfiyyatının fəaliyyəti ola bilər:

“Nəzərə alsaq ki, Ermənistan siyasi, iqtisadi, hərbi baxımdan Rusiyadan asılı vəziyyətdədir, onda buna təəccüblənmək lazım deyil. Heç kəsə sirr deyil ki, inqilab yolu ilə hakimiyyətdən devrilən Qarabağ klanı Moskvanın patronajı altında idi. Bu səs yazılarının səbəbi də Kremlin yenidən öz adamlarını hakimiyyətə gətirmək istəməsi ilə əlaqəli ola bilər. Ona görə Ermənistanda kampromat davası ən üst səviyyədə davam edir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana daha sonra əvvəlcə Köçəryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib.

Tarix
2018.12.07 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla