Yuxarı

ABŞ “Sarı jiletlilər”ə dəstək verir? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və digər Avropa ölkələrinə yayılan “Sarı jiletlilər” etiraz aksiyalarında ABŞ-ın iştirakı heç şübhəsiz ki, var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu cür aksiyalar iki müstəvidə başlayır:

“Ya xaotik, ya da planlaşdırılmış şəkildə. Xaotik şəkildə olan üsyanlar davam etdikdə prosesə müxtəlif qüvvələr qoşulur və onu yönəltməyə cəhd edir. Digər tərəfdən, bu cür hərəkatlar əvvəlcədən planlaşdırılmış şəkildə baş verir. Buna "məxməri inqilab" deyilir. Əvvəlcədən planlaşdırılmış inqilab ssenarisi heç kəsə sirr deyil ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qurduğu bir layihədir. İllərdir MKİ müxtəlif ölkələrdə məxməri, narıncı inqilablar edib. Bu inqilablar Soros, NED, İRİ kimi fondların, QHT-lərin əlləri ilə edilir”.

Politoloq qeyd edib ki, Fransada baş verən “Sarı jiletlilər” hərəkatı da xaotik, yaxud planlaşdırılmış proses ola bilər:

“Hər iki halda heç şübhəsiz ki, ABŞ-ın Fransada gedən proseslərdə, dolayısı da olsa, iştirakı var”.

Qeyd edək ki, bir neçə gündür Fransada “Sarı jiletlilər” adlı hərəkat üzvləri yanacaq qiymətinin artımına və bunun fonunda iqtisadi vəziyyətin pisləşməsinə etiraz edir. Aksiyalar zamanı onlarla etirazçı və polis yaralanıb, yüzlərlə şəxs həbs edilib.

Tarix
2018.12.07 / 17:35
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla