Yuxarı

Qarabağa köçürülən ermənilər qaçır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri köçürməyə davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan torpaqlarına köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər.

Problemlərlə üzləşənlərdən biri də Arzakanyan ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə ata-ana və iki oğuldan ibarətdir.

“Epress” saytı yazır ki, proqram çərçivəsində ailəyə 3 otaqlı mənzil verilib. Müqavilədə bildirilir ki, evi özəlləşdirmək üçün ailə üzvlərindən biri ən azı orada 10 il yaşamalıdır. Lakin 2017-ci ildə 10 il tamam olanda evi Arzakanyan ailəsindən alaraq başqa ailəyə vermək istəyiblər. Onlar məhkəməyə müraciət etsələr də, şikayətləri rədd olunub. Əsas gətirilib ki, ailə müqaviləni pozaraq 10 il müddətində 3 ay həmin evdə yaşamayıblar.

Ana Elvira Arzakanyan danışır ki, Qarabağda yaşamaq dəhşətlidir.

“Bir yataqxanada 8 ailə yaşayır. Bizi Qarabağa aparanda müsbət vədlər verirdilər. Danışırdılar ki, sizin yaşamağa eviniz, işiniz və kənd təsərrüfatı ilə məşğul olmağa imkanınız olacaq. Lakin əksi oldu. Bizim ailədə üç nəfər müəllim işləyir. Məktəbdə dərs saatlarını azaltdılar, yeni müəllimlər gətirdilər və onlara yeni ev tikmədilər, əvəzində yataqxanada məskunlaşdırdılar. Bu, yaşamaq deyil, mağaza, nəqliyyat yoxdur. Sənə verilən evi əlindən almaq üçün bir zəng yetərlidir. Sadəcə dəhşətdir”, - deyə erməni qadın bildirib.

Tarix
2018.12.08 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla