Yuxarı

Xoşbəxtəm ki, Heydər Əliyevlə yolum kəsişdi - İqnatenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ITAR-TASS agentliyinin keçmiş baş direktoru Vitali İqnatenko ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Axar.az xəbər verir ki, Moskva-Bakı portalına fikirlərini bölüşən İqnatenko Heydər Əliyevin insanlara olan sevgisi, açıqfikirliliyi və yaxşılığı unutmamaq kimi keyfiyyətlərini yüksək qiymətləndirib:

- Heydər Əlirza oğlu Əliyev bütün zamanların insanıdır. Heydər Əliyevi xatırlayanda nə vaxtsa onun yanında olmağın necə böyük xoşbəxtlik olduğunu anlayırsan. Onun şəxsiyyəti öz mədəniyyəti, cazibəsi, iradəsi, böyük intellekti, həyat həqiqətləri hesabına çox şeyə qadir olacaq qədər böyük idi. O, sonradan bütün Azərbaycan xalqının taleyinə təsir göstərəcək çox mühüm şeylər edə bildi. Heydər Əliyev hər bir vətəndaşın taleyinə töhfə verib. Onun xatirəsi getdikcə daha da zənginləşərək daim yaşayacaq.

Digər tərəfdən, biz onun necə ata, baba, ər, dost və tərəfdarları üçün yoldaş olduğunu xatırlamalıyıq. Mənə elə gəlir ki, bu çox uzun illər xatırlanacaq. Bu insan ətrafındakı şəxslər üçün belə vacib və dərin bir şəxsiyyət idi. Bütün bunlar bizi əvəz edəcək nəsillər üçün çox vacibdir. Onlar Heydər Əliyevi əvəz etməyə gəliblər, ona görə də onun şəxsiyyətinin bütün miqyasını nəzərə almalı, öyrənməli və qiymətləndirməlidirlər.

Mən hər hansı bir şəkildə onunla yolu kəsişən xoşbəxt insanlardan biriyəm. Əlbəttə, öz mövqeyim, həyatın qarşımızda qoyduğu tapşırıqlar baxımından mən çox uzaqda idim, ancaq buna baxmayaraq, yollarımız bir neçə dəfə kəsişib. Mən və ailəm üçün bunlar böyük izlər qoyub.

Mən Prezident Administrasiyasında çalışanda mənə böyük, gözəl və yaxşı bir bağ evi təklif etdilər. Buranı nəzərdən keçirdim və xırda detallardan mənə elə gəldi ki, bu evin sahibi təzəliklə çıxıb və hardasa indilərdə geri qayıdacaq. Mən soruşdum: “Burada kim yaşayıb?” Mənə “Əliyev” cavabını verdilər. Hazırda xəstəxanada olduğunu və buraya geri dönməyəcəyini bildirdilər. Düzünü desəm, bu məsələ mənə təsir etdi. Nəticədə evdən imtina etdim. Uzun müddət mənə heç nə vermədilər. İllər keçdi, bu barədə unutdum. Bağ evində çalışanlardan kimsə olanları Heydər Əliyevə danışır. Üzərindən uzun illər keçdikdən sonra Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti olur. Qəbullardan birində biz görüşdük və o, həmkarlarıma – jurnalistlərə o zaman baş verən hadisəni danışdı. Onun hər şeyi xatırlaması mənə çox toxundu!

Hər zaman insanları xırdalıqlara görə qiymətləndirirəm. Bu, xüsusən həmin şəxs yüksək vəzifə sahibi olanda, onda insan sevgisi, açıqfikirlilik, köməyə gəlmək arzusu qorunub saxlananda vacibdir. Əgər bütün bunlar varsa, o zaman anlayırsan ki, qarşındakı böyük insandır. Onun heç vaxt başı fırlanmayacaq, istənilən vəziyyətdə insani özünəməxsusluqlar axtaracaq, daha yaxşısını etmək barədə düşünəcək. Düşünürəm ki, bunlar daha sonra kollektiv, şəhər və ölkəyə keçir. Yekun nəticədə isə ölkənin daxilində və ətrafında tamamilə fərqli bir iqlimin yaranmasına gətirib çıxarır. Bu yalnız görkəmli taleyi və möhtəşəm daxili mədəniyyəti olan insana məxsusdur. Bax, mənim üçün Heydər Əliyev belə bir insan idi.

Tarix
2018.12.10 / 14:27
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla