Yuxarı

Nikolun Kremlə açıq mesajına cavab veriləcək – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ümumi seçicilərin yalnız üçdə biri Paşinyana səs verib.

Bu sözləri Axar.az-a Ermənistanda 9 dekabr növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib.

“Ermənistanda insanlar siyasi proseslərdən çox beziblər. Buna görə də seçicilərin yarıdan çoxu seçkidə iştirak etmədi. Beləliklə, ümumi seçicilərin yalnız üçdə biri Paşinyana səs verdi. Bu onu göstərir ki, seçicilərin təxminən 60 faizdən çoxu ya Paşinyanı dəstəkləmir, ya da bitərəf qalıb. Bu göstərici olduqca böyük rəqəmdir. Digər tərəfdən, radikal Sasna Çrer və Daşnaksütyün partiyalarının ümumiyyətlə parlamentə düşə bilməməsi ermənilərin müharibədən bezdiyini, övladlarını cəbhəyə yollamaq istəmədiyini göstərir. 20 il hakimiyyətdə olan Qarabağ klanının 5 faizlik baryeri keçə bilməməsi isə o deməkdir ki, hakimiyyətdə qalmaq üçün pul və əhalini xofda saxlamaq oyunları artıq işləmir”, - ekspert bildirib.

Politoloq buna baxmayaraq, Qarabağ klanının Dağlıq Qarabağda öz mövqelərini asanlıqla təhvil verməyəcəyini düşünür:

“İrəvanla Dağlıq Qarabağ separatçıları arasında yenidən gərginlik yaranacaq. Ümumiyyətlə, bu seçki insanların son ümid yeri idi. Ancaq yeni hakimiyyətin Ermənistanda sosial problemlərin həlli ilə bağlı hələ də bir iqtisadi proqramı yoxdur. Üstəlik, yeni iqtidarın siyasi gələcəyi hələ məlum deyil. Rusiya ilə təzadlar artır, digər MDB ölkələri ilə münasibətlər korlanır. Düzdür, Paşinyan müəyyən korrektələrə getsə də, Rusiya və onu müttəfiqlərinə qarşı ürəkbulandırıcı hərəkətlərindən əl çəkməyəcək”.

Ekspert qeyd edib ki, Rusiyanı hazırda narahat edən bir məsələ də var:

“Putinlə şəxsi münasibətlərini hələ də qoruyan Köçəryanın seçkilərdən iki gün öncə yenidən həbs edilməsi Rusiya siyasi elitasına bir mesajdır. Moskva bu mesajı cavabsız qoymayacaq. Paşinyan bunu ya dərk etmir, ya da dərk etmək istəmir. Bütün hallarda Rusiya ilə Paşinyan arasında müəyyən problemlər qaçılmaz olacaq”.

Qeyd edək ki, 9 dekabrda keçirilən seçkilərin ilkin nəticəsinə görə, Nikol Paşinyanın seçki bloku yüksək səs çoxluğu ilə liderlik edir. Belə ki, Mənim Addımım - 70,43%, Çiçəklənən Ermənistan - 8,27%, İşıqlı Ermənistan - 6,37% səs toplayıb.

Tarix
2018.12.10 / 16:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla