Yuxarı

Fransanı kim qarışdırır: ABŞ, yoxsa Rusiya?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada baş verən etiraz dalğasının Avropanın digər ölkələrinə, xüsusilə Belçika və Hollandiyaya da keçməsi prosesin kortəbii deyil, idarəolunan olduğuna inamları artırır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, hər 3 ölkə insan haqları, demokratiya baxımından Avropanın ən liberal və sakit ölkələrindəndir:

“Bu, işin maraqlı tərəfidir. Ümumiyyətlə, fransızlar inqilaba həmişə meyilli olub. Hələ məşhur Fransa inqilabından bəri fransız cəmiyyətində insanların küçə nümayişləri ilə etirazlarını bildirməsi adi hala çevrilib. Bu gün Fransada baş verənlər həmin etirazlardan biridir. Amma bu etirazlardan siyasi proseslərə təsir edəcək səviyyədə istifadə olunması şübhəsizdir. Bunun üçün şərait də öz sözünü deyir. Son vaxtlar Emmanuel Makronun nüfuzu kritik həddə aşağı düşmüşdü. Ekspertlər onun gələcəkdə hakimiyyətini qoruyacağına şübhə ilə yanaşırdı. Sosial islahatlar adı altında yeni ildən bir çox sahələr üzrə qiymət artımına getməklə bağlı qərarı isə insanları küçəyə çıxardı. Bir müddət öncə təhsil sahəsində aparılan islahatlara etiraz olaraq tələbələrin və şagirdlərin də bu aksiyalara qoşulması ciddi siqnaldır”.

Ekspert vurğulayıb ki, bu hadisələr çox siyasiləşdirilib:

“Ölkə parlamentində sol partiyalar hökumətə etimadsızlıq məsələsini gündəliyə çıxarmağa hazırlaşır. Paralel olaraq siyasi etirazlar da gündəlikdədir. İstənilən halda son hadisələr Makronun vəziyyətini ağırlaşdırıb. Tükiyə Prezidenti Ərdoğanın hadisələrə bağlı münasibətini normal qəbul etmək lazımdır. Aİ dövlətləri tərəfindən insan haqları məsələsində mütəmadi tənqid olunan Ərdoğan bu dəfə eyni ittihamları qarşı tərəfə səsləndirərək, insanlara qarşı zorakılığın əleyhinə olduğunu, demokratik dəyərlərə riayiət olunmasını istədi”.

Ekspert ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı açıqlamalarına da münasibət bildirib:

“Bu açıqlamaların hamısını baş verən hadisələrdə ABŞ-ın əli olması kimi birmənalı qiymətləndirməzdim. Doğrudur, son vaxtlar iki ölkə lideri arasında strateji məsələlərdə bəzi fikir ayrılıqları yaranıb və bu barədə diskussiyalar davam edir. Amma məlumdur ki, bu fikir ayrılıqlarının yaranmasında ana xətt Almaniyadır. Aİ-də böyük ideyalar doğur və çox vaxt da Fransa və Avstriya vasitəsilə gündəmə təqdim olunur. Təsadüfi deyil ki, Makronu, yumşaq desək, Merkelin adamı adlandırırlar. Hazırda isə həmin etirazların Almaniyaya keçə bilməsi ilə bağlı hər hansı siqnal ortada yoxdur. Prosesləri izləyək. Əgər Almaniyada da hansısa hadisələr baş verərsə, o zaman daha açıq izahat vermək olar”.

Ekspert vurğulayıb ki, ABŞ Aİ-nin aparıcı dövlətləri ilə münasibətləri soyutmaqda maraqlı deyil:

“Çünki bu taktika həmin dövlətləri Rusiya ilə yaxınlaşmağa məcbur edər ki, bu da ABŞ üçün qəbuledilməzdir. Daha yaxşısı danışıqlarla ortaq məxrəcə gəlməkdir. Buna baxmayaraq, baş verən hadisələri müxtəlif səbəblərlə izah etmək mümkündür. Amma ehtimallardan danışa bilərik. Burada son vaxtlar Aİ-nin iqtisadi və hərbi siyasətində perspektiv planlarına qarşı olan güclərdən də şübhələnmək olar. Eyni zamanda insanların sosial tələblər altında başlayan etirazlarını siyasiləşdirməklə siyasi ambisiyalarını həyata keçirmək istəyən yerli qüvvələrin də bu işlərdə əlinin olmasını söyləmək mümkündür. Hər zaman olduğu kimi, baş verən hadisələrdən maraqlı tərəflər maksimum istifadə etmək istəyir. Əminəm ki, etirazçılar sırf iqtisadi tələblərlə siyasi ambisiyasız aksiyalara başlamışdı. Amma hər zaman hər yerdə olduğu kimi bu etirazları istiqamətləndirən müxtəlif güclər maraqları toqquşana qədər gərginliyi davam elətdirməyə çalışacaq”.

Tarix
2018.12.11 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla