Yuxarı

20 illik iqtidar seçki barajını aşa bilmirsə... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın bu seçkilərdə qalib gələcəyi, seçkilərin nəticələri əvvəlcədən məlum idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsində əsas məqsəd cari ilin may ayında hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətinin mövqeyinin daha da gücləndirilməsi idi:

“Çünki Nikol Paşinyan parlament üzərində nəzarəti təmin edə bilmirdi və bu, ciddi problem idi. Keçirilən seçkilərin nəticələrindən belə məlum olur ki, parlamentdə bu dəfə cəmi 3 siyasi partiya və ya qrup təmsil olunacaq”.

Politoloq vurğulayıb ki, seçki nəticələrinin təhlili olduqca maraqlı mənzərəni ortaya çıxarır:

“Təxminən 15 ildir ki, Ermənistanda siyasi fəaliyyət göstərən və hər zaman parlamentdə yer alan partiyaların əksəriyyəti parlamentdən kənarda qaldı. Bunlardan birincisi cari ilin may ayına qədər hakim partiya olan Respublikaçılar Partiyasıdır. Bu partiya 5%-lik barajı keçə bilmədi. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda 2017-ci ilin aprel ayında keçirilən parlament seçkilərində Respublikaçılar Partiyası 49,2%, 2012-ci ildə keçirilən seçkilərdə 44,1% səs toplayaraq, Ermənistanda seçki marafonunu birinci olaraq bitirmişdi. Bu seçkilərdən əvvəl keçirilən iki seçkidə Respublikaçılar Partiyasının bu qədər çox səs toplaması, son seçkilərdə isə ümumiyyətlə, barajı keçə bilməməsi onu göstərir ki, bu partiya istər parlament, istər prezident, istərsə də bələdiyyə seçkilərində saxtakarlığa gedib, həmçinin inzibati resurslardan gen-bol şəkildə istifadə edib”.

Politoloq qeyd edib ki, bu partiyanın hakimiyyətdə təmsil olunmamasının, iflas etməsinin səbəbini hakimiyyətdə olduğu illərdə Ermənistanın qarşılaşdığı sosial, iqtisadi, təhlükəsizlik problemlərini həll edə bilməməsi, xaricə köçün qarşısını ala bilməməsi ilə də əlaqələndirmək olar:

“Bu seçkilərdən sonra Paşinyan müxtəlif manevr imkanları qazandı. Bu baxımdan qarşıdakı günlərdə Ermənistanın daxili siyasi həyatında müəyyən dəyişikliklərin yaşanması gözləniləndir. Ermənistanın əvvəlki prezidenti Robert Köçəryanın həbs edilməsinə paralel olaraq, Serj Sərkisyan üzərində də müəyyən hüquqi əməliyyatların həyata keçirilməsini müşahidə edə bilərik. Hətta Serj Sərkisyanın da həbs edilmə təhlükəsinin gündəmə gələcəyini demək mümkündür. Paşinyan hazırda erməni vətəndaşların etimadını qazanmış kimi görünür. Amma bu etimaddan necə istifadə edəcəyi də sual altındadır. Yəni ona verilən şansın nə qədər davam edəcəyi mübahisəlidir. Çünki ermənilər Paşinyandan bir çox şeylər gözlədiklərini ifadə edir”.

Politoloqun sözlərinə görə, Paşinyan koalisiya hökuməti qurmayacaq:

“Mənim Addımım Bloku çərçivəsində hökumət qurulacaq. Amma bu hökumətdə təmsil olunanların siyasi təcrübəsi, dövlət idarəetməsindəki yeri, əhəmiyyəti diqqətə alınan zaman Paşinyanın müəyyən çətinliklə qarşılaşacağını proqnozlaşdırmaq çətin deyil. Bu baxımdan ölkənin həm daxili, həm xarici, həm də təhlükəsizlik siyasətində hər hansı bir qırılma nöqtəsi Paşinyan hakimiyyətinin sonunu gətirə bilər”.

Politoloq vurğulayıb ki, xüsusilə Rusiya ilə münasibətlərin necə olacağı Paşinyan hökuməti üçün ciddi məsələdir:

“Paşinyan hakimiyyətə gəldikdən bu yana Rusiyaya münasibətlərdə bir az daha məsafəli davranmağa üstünlük verir. Bundan sonra Rusiyaya qarşı hansı yöndə siyasət həyata keçirəcəyi onun gələcək karyerasına da müəyyən qədər təsir edə bilər.

AB və ABŞ Paşinyan hökumətinə maddi və siyasi dəstək verərək, ölkənin qarşılaşdığı bəzi problemlərin həll olunmasına yardımçı ola bilər. Bu zaman Rusiyanın məsələyə necə münasibət göstərməsi də maraqlıdır. Çünki Rusiya Ermənistanın daxili siyasətinə müdaxilə etmə mexanizmlərinə sahib olan tək dövlətdir”.

Politoloq qeyd edib ki, bu seçkilər Paşinyan üçün birinci və əhəmiyyətli bir sınaq idi:

“Qarşıdakı ilk 6 ayda Paşinyanın hakimiyyətdə olması, həyata keçirəcəyi siyasət, iqtisadi, sosial problemlərin həlli istiqamətində görəcəyi işlər xüsusilə əhəmiyyətlidir. Bu baxımdan Paşinyanı qarşıdakı mərhələdə çox ciddi sınaq dövrünün gözlədiyini demək mümkündür”.

Tarix
2018.12.11 / 12:23
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla