Yuxarı

Fransanı ən yaxın tərəfdaşı hədəfə aldı – İki mühüm amil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa siyasi elitası ölkədə baş verən və qarşıdurmalara səbəb olan aksiyalarda ABŞ-ın rolunu vurğulasa da, indiki ərəfədə Avropanın qarışması daha çox Rusiyaya lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Monteneqroda dövlət çevrilişi və Slovakiyada müəyyən rejim dəyişikliyi cəhdləri Rusiyanın Avropa qitəsində ciddi surətdə işlədiyinin göstəricisidir:

“Bu regionda Moskvanın çoxlu casus şəbəkəsi var. Bu casus şəbəkələrinin Bolqarıstan, Böyük Britaniya və Slovakiyada aşkar edilməsi Rusiyanın Avropa qitəsində qarışıqlıq yaratmaq və bundan ABŞ-a qarşı istifadə etmək niyyətindən xəbər verir. Moskva bununla qlobal ambisiyalarını həyata keçirməyi hədəfləyir. Bu gün Fransa rəhbərliyi Vaşinqtonu günahlandırsa da, Trampın sözlü müdaxiləsini çıxmaq şərtilə baş verənlərdə ABŞ-ın xüsusi xidmət orqanlarının rolunun olduğunu düşünmürəm. Çünki Avropa qitəsi ABŞ-ın ən yaxın müttəfiqidir. Trampdan başqa ABŞ-da hər kəs Fransada baş qaldıran ayaqlanmaların qitənin digər ölkələrinə də sıçraya biləcəyini çox yaxşı başa düşür. Üstəlik, Rusiya uzun müddətdir ki, Baltikyanı respublikalardan tutmuş Avropa ölkələrinə, xüsusilə də keçmiş sosialist düşərgələrinə - Polşa, Çexiya, Almaniyanın keçmiş SSRİ-yə aid olan hissələrinə, Yuqoslaviyadan ayrılaraq müstəqil inkişaf etmiş dövlətlərə təsir göstərir. Hətta Rusiyada bu ölkənin köhnə sovet və sosialist məkanlarına qayıdışını Moskvanın təbii hüquqları sayır və bu işdə heç bir qəbahət görmürlər. Təkcə bu fakt Fransa olaylarının arxasında hansı gücün dayandığını başa düşmək üçün yetərlidir”.

Politoloq Fransadakı proseslərin rəngli inqilab olduğunu düşünmür:

“Rəngli inqilablar avtoritar və totalitar rejimlərdə liberal və demokrat dəyərlərin həmin ölkələrə gətirilməsini hədəfləyən hadisələr fonunda baş verir. Fransanın isə bu gün rəngli inqilablara ehtiyacı yoxdur. Fransa onsuz da inqilablar ölkəsidir və məhz bu inqilablar nəticəsində müasir simasını alıb. Hazırda baş verən proseslərin kökü daxili iqtisadi amillərdən və Makron hökumətinin yeritdiyi siyasətin geniş xalq kütləsinin maraqlarına cavab verməməsindən qaynaqlansa da, burada xarici təsirlərin - xüsusilə də Rusiyanın rolu böyükdür. Fransada xeyli rus var, eyni zamanda, Rusiya-Fransa əlaqələri ABŞ-Fransa əlaqələrindən daha geniş və qədimdir. Məhz bu amil də Fransadakı proseslərdə Rusiyanın əlinin daha güclü olduğunu ortaya qoyur”.

Tarix
2018.12.11 / 16:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla