Yuxarı

Köçəryanla kabab yedim, Heydər Əliyev gördü… - Eks-nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ümummilli lider haqda xatirəsini bölüşərkən deyib.

T.Zülfüqarov başına gələn maraqlı hadisəni də danışıb:

“Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilirdi. Orda qalstuksuz, yəni qeyri-rəsmi şam yeməyi düzənlənmişdi. Yaltada Mixail Qorbaçovun “Foros” adlanan iqamətgahı var. Kuçma göstərdi ki, bura Qorbaçovun iqamətgahıdır və sair. Gəzintidən sonra bir yerdə kabab verdilər. Heydər Əliyev, Kuçma, Şevardnadze, Süleyman Dəmirəl oturublar. Görürəm ki, ermənilər – Köçəryanla Oskanyan kənarda tək qalıblar. Mən də gedib onların yanında oturdum ki, bunları bir az danışdırım. Müxtəlif məsələlərə aid fikir mübadiləsi oldu. Səhəri gün qayıtdıqda Heydər Əliyev təyyarədə məni yanına çağırdı. Oturduq, çay gətirdilər. Dedi, mən gördüm ki, sən onlarla gedib oturdun. Dedim, bəli, cənab Prezident. “Sən düz elədin”, – deyə Heydər Əliyev bildirdi. Əlavə etdi ki, bizə yaxşı olması üçün heç kim onları yaxın buraxmırdı və danışdırmırdı. Onların tək qalmaması üçün sən düz eləyib onlarla oturdun. Bəs yaxşı, nə danışdılar? Mən də təbii ki, məruzə etdim. Yəni, bu baxımdan Heydər Əliyev çox maraqlı üslublar tətbiq edirdi və çox xoşlayırdı ki, kimsə ona uyğun addımlar atsın”.

Tarix
2018.12.12 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla