Yuxarı

Xalq artistinin nəvəsi, nazirin qohumunu narkotik məhv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən mətbuatın gündəmini zəbt edən Taxveli ailəsində baş verən faciəyə hər kəs narkotik maddəni səbəb kimi göstərir. "Buta Palas”ın art-direktoru Taxveli Ramiz Pərviz oğlunun həyat yoldaşı Adelya Taxveli Azər qızını yaşadıqları evin balkonundan ataraq öldürməsinə hələlik yeganə səbəb birincinin narkotik maddə istifadə etməsidir.

Axar.az xəbər verir ki, şübhəli barəsində artıq prokurorluğun təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qərarı verilib.

Olduqca maraqlı və diqqət çəkən, həmçinin heç bir maddi sıxıntı yaşamayan gənc cütlüyün ailəsində baş verən faciəni diqqət mərkəzinə gətirən digər səbəb isə cütlüyün hər birinin məşhur ailələrdən olmasıdır.

Dəhşətli cinayətin qurbanı olan Adelya Azər qızı Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun bacısı nəvəsidir. Hətta cütlüyün toyunda nazir Azad Rəhimov və ailəsi də iştirak edib.

Gənc xanım Amerikada təhsil alıb və onu öldürən həyat yoldaşı Ramiz Taxveli ilə də sevərək ailə qurub. Onların bu nikahdan iki uşağı var.

Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.

Ramiz Pərviz oğlu Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Məsələ ilə bağlı fikrini bölüşən mütəxəssislər isə hesab edir ki, ailədə problemlərin yaranmasına səbəb Ramiz Taxvelinin narkotik istifadə etməsi olub. Hadisə baş verən gün evə narkotik maddənin təsiri altında gələn Ramizlə həyat yoldaşı Adelya arasında başlayan dava zamanı evdə olan uşaqlar yatıbmış. Cütlük uşaqların, xüsusilə ailənin böyük övladı, psixi çatışmazlıqdan əziyyət çəkən 10 yaşlı qızlarının narahat olmaması üçün mübahisəni mənzilin eyvanında davam etdiriblər. Gecə saat 3 radələrində daha da kəskinləşən mübahisə zamanı kişi özünü saxlaya bilməyib və qadını balkondan atıb.

Hətta Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olduğunu özü də etiraf edib. Bildirib ki, marixuana qəbul edib və ekspertiza da bu faktı təsdiqləyib.

Baş vermiş hadisəni şərh edən mütəxəssislər hesab edir ki, cütlüyün övladlarından birinin psixi çatışmazlığına səbəb elə məhz valideynin narkotik istifadə etməsi ola bilər.

Pediatr Kəmalə Əmrahova bildirib ki, valideynlərdən birinin narkotik maddə istifadəçisi olması uşağın xüsusilə sinir sisteminə təsir edir. Bu uşaqlarda əsəbilik, gərginlik, çox hallarda uşaqlarda eybəcərlik kimi hallarla müşahidə olunur:

“Atanın narkotikdən istifadə etməsi zamanı uşaqda bir çox patalogiya, anomaliyalar baş verir. Bu xüsusilə uşağın ilk 3 ayında və ya doğuşdan sonra da özünü göstərə bilir. Uşaqda gipaksiya, qan azlığı əmələ gəlir. Böyüdüksə əsəb və gərginlik müşahidə edilir”.

Tarix
2018.12.12 / 13:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla