Yuxarı

Köçəryanla bağlı aksiya: niyə alınmadı? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Köçəryana azadlıq tələbi ilə bağlı etiraz aksiyaları müvəqqəti xarakter daşıyır.

Bu sözləri Axar.az-a İrəvanda ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə etiraz aksiyalarının keçirilməsini şərh edən politoloq İlqar Vəlizadə deyib.

“Ümumiyyətlə, Ermənistanda Köçəryanı çox adam dəstəkləmir. Köçəryana azadlıq tələbi ilə bağlı etirazlar aksiyadan daha çox piketdir və arxasında da məhz Köçəryanın yaxınları durur. Piketlər də çox güman ki, Köçəryanın yaxın qurumlarının maliyyə dəstəyi ilə keçirilir. Bu piketlər davamlı və geniş olmayacaq. Hadisə köhnəldikcə Ermənistanda Köçəryana azadlıq tələbi ilə bağlı tədbirlər də səngiyəcək. Ancaq məsələ ilə bağlı Avropa institutlarına müraciətlər ola bilər”, - ekspert bildirib.

Politoloq bütün hallarda Ermənistanda vəziyyətin getdikcə gərginləşəcəyini deyib:

“Baxmayaraq ki, parlament seçkilərindən sonra vəziyyətin bu və ya digər şəkildə stabilləşəcəyi və iğtişaşların təxirə salınacağı gözlənilirdi. Hətta bəzi ekspertlər Paşinyanın səlahiyyətlərinin 100 günündən tez böyük iğtişaşların planlaşdırılmadığını bildirirdilər. Ancaq ölkədəki ümumi vəziyyət və hadisələr göstərir ki, ara-sıra nümayişlər olacaq və daxili-siyasi situasiya pozulacaq”.

Qeyd edək ki, “Prezidentə azadlıq” təşəbbüs qrupu ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə elan etdiyi silsilə aksiyalar çərçivəsində ötən gün ilk piketini keçirib.

Tarix
2018.12.12 / 15:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla