Yuxarı

Sensasion açıqlama: Əliyev Elçibəyi ölümdən xilas etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci ildə Əbülfəz Elçibəylə öz evində ikilikdə söhbətimiz oldu. Onun mənə dediklərini - mərhum Heydər Əliyevin Azərbaycanı rus qoşunlarının işğalından necə qurtardığını - bu günə qədər xatırlayıram.

Bu sözləri Axar.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib. O qeyd edib ki, Elçibəy 90-cı illərin əvvəllərində Rusiyanın Azərbaycanın bir neçə siyasi xadiminə sui-qəsd etməyi planlaşdırdığı haqda danışıb:

“Əbülfəz bəy deyirdi ki, 1993-cü ildə Rusiya Azərbaycanı 1920-ci ildə olduğu kimi yenidən işğal etmək istəyirdi. Şimal qonşumuz Azərbaycanın müstəqilliyinə növbəti dəfə son qoymaq və ölkəmizə yenidən rus qoşunlarının qayıtmasını təmin etmək niyyətində idi. Hətta o zamankı parlament üzvlərinin böyük əksəriyyəti rus qoşunlarının Azərbaycana qayıtması çağırışına imza atmışdı. O dövrdə rəsmi Moskvanın planında Rusiyaya satılmış və Azərbaycan xalqına xəyanət etmiş Sürət Hüseynov, Rəhim Qazıyev və ya Ayaz Mütəllibovu hakimiyyətə gətirmək var idi. Faktiki olaraq, Rusiya Azərbaycanı bir neçə hissəyə bölmək istəyirdi. Bütün planlar buna doğru gedirdi. Prezident Aparatının dağıdılmasından tutmuş, prezident Əbülfəz Elçibəyin qətlinə qədər planlaşdırılırmış. Elçibəyin komanda üzvlərinin böyük əksəriyyəti də qətlə yetiriləcəkdi. Söhbət spiker İsa Qəmbərdən, baş nazir Pənah Hüseyndən, dövlət katibi Əli Kərimlidən və bir neçə nazirdən gedir. Bütün bunların qarşısını isə yalnız Heydər Əliyev ala bilərdi və aldı da!

Bəli, 1993-cü ildə rus qoşunlarının Azərbaycanı işğal edib, 4 hissəyə parçalamasının qarşısını böyük şəxsiyyət, dahi insan Heydər Əliyev aldı! O, təkcə Azərbaycanı xilas etmədi, yüzlərlə, minlərlə soydaşımızı rusların əlindən qurtardı. Ruslar o adamları Azadlıq meydanında asacaqdı. Bütün bunlar tarixdir! Mərhum Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruması və bu günə qədər də yaşatması tarixə qızıl hərflərlə yazılıb!

Onu böyük hörmət və sayğı ilə anırıq! Ruhun şad olsun, xilaskar insan!”

Tarix
2018.12.12 / 15:43
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla