Yuxarı

Bu ölkənin Bakı səfiri missiyasını başa vurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Braziliya arasındakı ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2018.12.12 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla