Yuxarı

Heydər Əliyevin ən güclü silahı bu idi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə liderlər var ki, tarixə düşür və orada da qalırlar. Elə liderlər də var ki, milli tarixi yaradırlar. Heydər Əliyev məhz Azərbaycanın müasir tarixini yaratmış liderdir. Tarix onu öz vaxtının əsl əfsanəsi, güclü dövlət başçısı, fədakar insan və dövlət quruculuğunun çətin tarixi tapşırığını öz üzərinə götürən unikal şəxsiyyət kimi xatırlayır.

Axar.az xəbər verir ki, bu sözlər Moskva-Bakı portalına Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Vladimir Suxoy Ümummilli lider Heydər Əliyev barədə xatirələri ilə bağlı danışarkən deyib.

Azərbaycanın 60-cı illərin sonundan XXI əsrin əvvəlinə qədər olan 35 illik tarixi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi bacarığı və həqiqətən əvəzsiz insani keyfiyyətləri gənc dövlətə ayağa qalxmağa və XXI əsrə müstəqil dövlət kimi daxil olmağa imkan verib. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə ölkənin məsuliyyətini üzərinə götürüb, həmfikirlərini öz ətrafında birləşdirib, onlarla birlikdə ağır və ciddi maneələrdən keçərək hazırda müasir Azərbaycan adlanan güclü və müasir dövləti yaradıb. 14 iyul 1969-cu ildə Heydər Əliyev Sovet Azərbaycanın rəhbəri olub – o, respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin edilib. “Modernləşmə” – Heydər Əliyevin o zamankı fəaliyyətini təsvir etmək üçün ən uyğun sözdür. Ölkə rəhbərliyinə gələn Əliyev bu vaxta qədər uzun illər Sovet İttifaqının xammal əyaləti hesab olunan Azərbaycanda dərin islahatlar prosesini başladıb. Heydər Əliyev neft və neft emalı sənayesini tamamilə yeniləşdirmiş və modernləşdirmiş, bir sıra zavodların, hidroelektrik stansiyasının, tekstil fabrikinin tikilməsinin təşəbbüsçüsü olmuşdur. Azərbaycan onun dövründə qısa zamanda mövcud geriləməni aradan qaldırıb və iqtisadiyyat sahəsində böyük uğurlara nail olub. Bu illərdə Azərbaycanın sənaye potensialı iki dəfədən çox artıb. 15 ittifaq respublikasından yalnız Azərbaycan və Rusiya subvensiyalar olmadan keçinə bilib. Heydər Əliyev özü mütəşəkkil bir insan idi və onun ətrafında olanlardan dəqiqlik, tutarlılıq, effektivlik və məhsuldarlıq tələb edirdi. Kabinet işinə heç vaxt üstünlük verməzdi. O, şəxsən hər şeyi birbaşa öyrənmək üçün neftayırma zavodlarını, laboratoriyaları, limanları və tikintiləri gəzirdi. Heydər Əliyev xatirələrində həmin illəri həyatının ən gözəl illəri kimi qiymətləndirirdi:

“Bəzən işimi bitirdikdən sonra evə getmirdim, respublikamızın vəziyyətinin yaxşılaşdırılması üçün yeni planlar düşünür, hazırlayırdım. Öz vəzifəmin mənə verdiyi imkanlardan istifadə edərək xalqıma faydalı işlər görməyə çalışırdım”.

1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini təyin edilir. İlk dəfə Azərbaycan nümayəndəsi Sovet İttifaqının rəhbərlərindən birinə çevrildi. Heydər Əliyevin Moskvada çalışdığı zaman etdiklərini saymaq çox çətindir. Ancaq yəqin ki, onun üçün etdiyi ən dəyərli işlərdən biri Baykal-Amur magistralının tikintisi idi. Azərbaycanlılar demək olar ki, tikintinin bütün hissələrində çalışırdı. Onlar məhəllələr, vağzal kompleksləri inşa edirdilər. Anqoya məhəlləsi Heydər Əliyevin səyləri nəticəsində yaradılıb. 2008-ci ildə Heydər Əliyevin adı Anqoya vağzalına verilib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

O, praqmatik və balanslı bir xarici siyasətlə hakimiyyətə gəldi. Bu isə ABŞ və AB ilə konstruktiv münasibətlər, həmçinin Rusiya, Türkiyə və İranla müdrik əməkdaşlıq anlamına gəlirdi. Ölkədə siyasi sabitliyə nail olunduqdan sonra Heydər Əliyev Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoydu. 1994-cü 20 sentyabrında Bakıda “Əsrin müqaviləsi” imzalandı. Bu keçmiş SSRİ məkanında bu baxımdan imzalanmış ilk və ən böyük müqavilə idi. Müqavilə Azərbaycan üçün həyati vacib əhəmiyyət daşıdı, daxili sabitliyin yaradılması və xarici siyasətdə uğur əldə olunmasında həlledici rol oynadı.

“Bu müqavilənin hazırlanması və imzalanmasında iştirak etdiyim üçün özümü xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti və ümid edirəm ki, gələcək nəsillər hazırda burada baş tutan tarixi hadisənin kifayət qədər qiymətləndirə biləcək”, - müqavilənin imzalanma mərasimində Heydər Əliyev bildirib.

Bakı-Tiflis-Ceyhan qaz boru kəməri layihəsinin önçüsü Heydər Əliyev bununla nəhəng Qərb kapitalını Azərbaycana cəlb etdi. O, postsovet məkanında ən yüksək göstəriciyə nail olaraq Azərbaycanın misilsiz iqtisadi artımı təmin etdi.

Heydər Əliyev öz ölkəsini və onun tarixini səmimi qəlbdən sevirdi. O, çox gözəl anlayırdı ki, iqtisadi inkişafla yanaşı müstəqilliyin digər bir əsas elementi mədəniyyətdir. Həyatın bütün sahələrində effektiv və məqsədyönlü fəaliyyətlə yanaşı, Heydər Əliyev ölkədə təhsilin yaxşılaşdırılmasına böyük əhəmiyyət verirdi. Gənc nəslin təhsil və tərbiyəsi uzaqgörən liderin dövlət proqramının həmişə əsas məqamlarından biri olmuşdur.

Söz Əliyevin ən güclü silahı idi. O, sözdən həm natiq, həm diplomat, həm də psixoloq kimi istifadə edirdi. Heydər Əliyev özünün parlaq natiqlik məharətindən müxtəlif yerlərdəki çıxışları zamanı uğurla istifadə edirdi. O özündən əmin və dəqiq danışırdı. Onun sözləri həyatları və tarixi dəyişirdi. Xalqla onun hər bir fərdinə üzbəüz müraciət edirmiş kimi danışmaq hər kəsin işi deyil. Bu məharətdə eynilə müsahibinin əhval-ruhiyyəsindəki ən kiçik nüanslara dəqiq reaksiya vermək qabiliyyəti, Azərbaycan xalqı üçün ən taleyüklü məqamlarda düzgün həll yolu tapmağa imkan verən superintusiya kimi Əliyevə verilmişdi. İstedad və iradə, tələbkarlıq, “xalq”, “millət” anlayışı ətrafında birləşənlərdən birini dinləməklə onların hər birinin fikirlərini anlamaq qabiliyyəti Heydər Əliyevin şəxsiyyətinin əsas keyfiyyətləri idi.

Bir siyasətçi olaraq, o, məharətlə demokratiyanı ciddi tələblərlə birləşdirdi. Onun zəngin siyasi təcrübəsi və şəxsiyyəti azərbaycanlıları ölkənin üzləşdiyi bir çox böhrandan çıxarmağa unikal şəkildə hazır olduğu anlamına gəlirdi.

Onda başqalarını ruhlandırmaq qabiliyyəti vardı. O, bir növ unikal xarizması vasitəsilə xalqı idarə edirdi. Prezident güclü bir siyasətçi üçün lazım olan fenomenal şəxsiyyət xüsusiyyətlərinə (güclü yaddaş, güclü arqument və insanları arxasınca aparmaq məharəti) malik idi. Onun varlığının gücü hiss olunurdu, onun xarizması o dövrün bir çox intellekt sahibini cəlb etmişdi.

O necə idi? Hər şeydən əvvəl Heydər Əliyev yüksək intellektli, inamlı, ləyaqətli və təəccüblənə biləcəyiniz bir tərzdə sadə insan olub. Bunu mübahisəsiz hər kəs qəbul edir. Heydər Əliyev 1986-cı ildə mənim ABŞ-a ilk işgüzar səfərim ərəfəsində mənə tövsiyə verdi. Mən o zaman onun necə səmimi və məlumatlı olduğunu, öz fikirlərini necə dəqiq formalaşdırdığını hiss etmək imkanına sahib oldum.

Onda jurnalistikanın mahiyyəti barədə instinktiv anlayış vardı. O, mənim Nyu Yorkdakı müxbir fəaliyyətimə xeyir-dua vermişdi. Mən isə elə alındı ki, 2003-cü ildə Klivlend aerodromunda Heydər Əliyevin nəşi olan tabutu müşayiət etdim. Tabut Azərbaycana göndərildi. O, 12 dekabr 2003-cü ildə səhər saat 10-da Ohayo ştatındakı Klivlend kardioloji mərkəzində dünyasını dəyişdi. Bura Heydər Əliyev avqustun əvvəlində Rusiya FHN-ə məxsus təyyarə ilə gətirilmişdi. Amerikalı həkimlər Heydər Əliyevin xəstəliyinin tarixçəsini çox gözəl bilirdilər, çünki bu mərkəzdə daha əvvəl Əliyevə uğurlu əməliyyat keçirmişdilər. O zaman ABŞ-da çalışan rus müxbirlər arasında Heydər Əliyevin növbəti dəfə xəstəliyə qalib gələcəyi və sağalacağına böyük ümid vardı. Ancaq olmadı.

Mən təyyarə üfüqdə kiçik titrəyən bir nöqtəyə çevrilənə qədər uzun müddət səmaya baxdım. Heydər Əliyev beləcə sonuncu mənzilə doğma Azərbaycana, Bakı şəhərinin Fəxri Xiyabanına yollandı.

Tarix
2018.12.12 / 23:02
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla