Yuxarı

Türkiyənin Qara dənizdə 9-cu baza yaratmasının – Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığının 9-cu dəniz bazasını Şərqi Qara dənizdə qurması səbəbsiz deyil.

Bu sözləri Axar.az-a Türkiyənin Qara dənizdə yeni hərbi baza yaratmasını şərh edən hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

“Türkiyə hazırda Qara dənizdə hərbi gücünü artırmağa çalışır. Bu zaman paralel olaraq hərbi aviasiya və dəniz donanması gücləri də balanslı şəkildə artırılmalıdır. Türkiyənin sözügedən qərarının arxasında bir versiyanın olması mümkündür. Belə ki, ABŞ gələcəkdə Türkiyədən Boğazlar müqaviləsinin qapadılmasını xahiş edə və buna görə də Qara dənizdə hərbi gücünü artırmasını tövsiyə edə bilər. Ancaq bu versiya yüz faiz doğru olmaya da bilər. Sadəcə iş orasındadır ki, Türkiyənin Qara dənizdə əsas opponenti ABŞ deyil, məhz Rusiyadır”, - F.Mehdiyev bildirib.

Politoloq Türkiyənin məlum qərarı ilə bağlı bir məqama da aydınlıq gətirib:

“Rusiya ilə Türkiyənin hazırda münasibətləri kifayət qədər yaxşıdır. Ancaq gələcəkdə nə olacağını heç kim bilmir. Ümumiyyətlə, dənizdə baza qurmaqla iş bitmir, gərək oraya hərbi gəmilər də yerləşdirilsin. Türkiyə Qara dənizdə olan hərbi birləşmələrinə görə Rusiyadan xeyli geri qalır. Türkiyənin hərbi donanması tonnaj, say və təminat baxımından Rusiya ilə eyni deyil. Ola bilsin ki, Türkiyə məhz aradakı bu uçurumu qapatmaq üçün 9-cu dəniz bazasını Şərqi Qara dənizdə qurmağı qərar alıb. Hətta Türkiyə istəsə, belə halda boğazları da bağlaya bilər”.

Professor Türkiyənin 9-cu dəniz bazasını Şərqi Qara dənizdə qurmaq qərarının məhz Kerç böhranından sonraya təsadüf etməsi ilə bağlı suala isə belə cavab verib:

“Bu suala heç kim cavab verə bilməz. Bunu ancaq Ankara cavablandıra bilər”.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı 9-cu dəniz bazasını Şərqi Qara dənizdə qurmaq qərarı verib. Bazanın Trabzon yaxınlığında Gürcüstan sərhədinin 100 kilometrliyində yaradılacağı açıqlanıb.

Tarix
2018.12.13 / 09:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla