Yuxarı

ABŞ xəbərdarlığının səbəbi: Rusiya İrəvanda nə hazırlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın son hadisələr fonunda - yəni Nikol Paşinyanın çoxdan arzuladığı kimi baş nazir kreslosunda tam hüquqlu siyasi fiqur olması üçün “mandat aldığı” bir vaxtda öz vətəndaşlarına belə bir xəbərdarlıq etməsinin arxasında bir neçə məqam dayanır.

Bu sözləri Axar.az-a ABŞ-ın İrəvandakı səfirliyinin Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etməsinə münasibət bildirən politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, ABŞ tərəfindən Ermənistandakı vətəndaşlarına son 10 ildə ilk dəfədir belə bir çağırış edilib:

“Belə bir hadisə 2008-ci ildə olub. Amma 2008-ci ildə Ermənistandakı vəziyyət hamıya məlum idi. Bu xəbərdarlığı etmələrinə səbəb kimi 2008-ci ildə yaşanan hadisələrə bənzər hal hazırda Ermənistanda yoxdur. Amma indiki şəraitdə ABŞ-ın vətəndaşlarına belə xəbərdarlıq etməsi ondan xəbər verir ki, ABŞ Paşinyanın “qələbə”sinin Moskva üçün o qədər də ürəkaçan olmadığını bilir. Yəni ABŞ başa düşür ki, Moskva bu müstəvidə bir sıra addımlar ata bilər. Moskva Paşinyanı hər zaman gərginlikdə saxlamaq və ümumiyyətlə, Ermənistanın Rusiyanın orbitindən çıxarılmasına imkan verməmək üçün hərəkətə keçə bilər. Bununla da Paşinyana kimin kim olduğunu göstərər. Bu müstəvidə ABŞ bir növ qabaqcadan Ermənistanda belə xoşagəlməz toqquşmaların baş verməsinin mümkünlüyünə işarə edir”.

Politoloq qeyd edib ki, seçkilərdən 2 gün sonra Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs edilməsinə etiraz olaraq onun tərəfdarları etiraz aksiyası keçirməyə cəhd etdi, amma alınmadı:

“Köçəryan birbaşa Rusiyanın adamı sayılır və Moskva ilə əlbirdir. Düşünürəm ki, çox tezliklə Moskva Köçəryanın həbsdən buraxılması üçün orada daha ciddi mitinqlər, etiraz aksiyaları təşkil edə bilər. Amma bu aksiyaların sonunun hara gedəcəyini demək çətindir. Çünki Nikol Paşinyanı hakimiyyətə gətirən prosesi Qərb idarə edirdi. Yəni onların qarşısında Paşinyanın götürmüş olduğu öhdəliklər var. Hələ Paşinyan tamhüquqlu baş nazir olmayan vaxtlarda KTMT-nin baş katibi erməni generalı Xaçaturova, keçmiş prezident Robert Köçəryana qarşı heç kimdən xəbərsiz cinayət işi qaldırmışdı. Rusiya ilə bağlı olan Xaçaturova, Köçəryana qarşı Paşinyan həmin addımları atdı, lakin sonradan üzləşdiyi təzyiqlər nəticəsində bu addımlardan geri çəkilməli oldu. Həmin vaxt Paşinyan çox güman ki, Qərbdəki ağalarına bu vəziyyəti tamhüquqlu baş nazir olmaması ilə əlaqələndirmişdi. Amma artıq Paşinyan Ermənistanda parlamentə də sahiblənib. Bundan sonra Paşinyanın daha sərt antirus xarakterli addımlarının şahidi ola bilərik. Bunun qarşılığında Kreml də rahat oturmayacaq. Çünki Paşinyanın bu siyasəti konkret olaraq Ermənistanı Rusiyanın təsir zonasından çıxarmaq deməkdir. Bunun arxasınca burada yerləşən rus hərbi bazalarının da Ermənistan ərazisindən çıxarılması fikri gündəmə gələ bilər”.

Politoloq vurğulayıb ki, Ermənistanda Qərb və Rusiya qarşıdurması açıq müstəviyə keçə bilər:

“Artıq bu prosesə də hazırlıq gedir. ABŞ kartları açıqlamadan belə bir xəbərdarlıq yayır. Sözsüz ki, terror xəbərdarlığı deyəndə ABŞ tərəfi burada rus hərbçilərinin əli ilə törədilə biləcək əməlləri də istisna etmir”.

Politoloqun sözlərinə görə, erməni terrorizmi konkret olaraq Ermənistan hakimiyyəti ilə bağlıdır:

“Bir çox hallarda terrorçu qruplar Ermənistanda hakimiyyətdə əyləşənlərə dəstək olur, onların hakimiyyətə gətirilməsində iştirak edir. Ermənistanda öz vətəndaşlarını terror aktlarından ehtiyatlı olmağa çağıran ABŞ ilk növbədə Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunun yəqin ki, fərqindədir”.

Politoloq vurğulayıb ki, Rusiya-ABŞ qarşıdurmasında Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağdakı separatçı rejim qarşı-qarşıya qoyula bilər:

“Yəni bu ssenari üzrə də proseslər gedə bilər. Çünki bildiyimiz kimi, Bako Saakyan seçkilərdən bir qədər əvvəl Moskvaya getmişdi. Təlimatlandırmaq üçün ağaları onu Moskvaya dəvət etmişdi. Nikol Paşinyanın bir ayağı artıq Qərb səhnəsində, bir ayağı isə Rusiya müstəvisindədir. Rusiya Qərbdəki ağalarının təzyiqi və onlara qarşı hər hansı götürdüyü öhdəliklər çərçivəsində Paşinyanın Rusiyadan uzaqlaşmaq cəhdini yaxşı görür. Amma uzun müddətdir ki, Qarabağ klanı Ermənistanda hakimiyyətdə təmsil olunub. İndi isə yeni klan, Qərbin ərsəyə gətirdiyi siyasi blok hakimiyyətə gəlib. Sözsüz ki, onlar separatçı rejimdəki hakimiyyəti də dəyişməyə çalışacaq. Seçki öncəsi də bu məsələ ilə bağlı bəyanatlar səviyyəsində toqquşmalar, polemikalar olmuşdu. ABŞ məhz bu məqamı da nəzərə alır. Konkret olaraq Qarabağ klanı orada hansısa addımlar ata bilər. Yəni Ermənistanın özündə indiki hakimiyyəti nüfuzdan salmaq və yaxud da ona qarşı çıxış etmək üçün hansısa proseslər gedə bilər. Keçmiş hakimiyyət isə bu zaman sakit oturmayacaq. Onlar da əl altından işlər görməyə başlayacaq. Ümumi konteksdə ABŞ burada əsas təhlükə, faktor kimi Rusiya amilini götürür. Yəni Ermənistanda Rusiyanın əli ilə müəyən proseslər gedə bilər”.

Politoloq qeyd edib ki, artıq Yeni ilə çox az vaxt qalıb:

“Yeni il qabağı ABŞ-ın belə bəyanatla çıxış etməsi isə olduqca maraqlıdır. Yeni ilə qədər yəqin ki, Paşinyan Qərbin birbaşa təzyiqi və göstərişi ilə hansısa antirusiya meyilli addımlar atacaq. Buna da Rusiya cavab verəcək. Səfirlik mümkündür ki, kəşfiyyat məlumatları əsasında belə bir toqquşmanı proqnozlaşdırsın”.

Qeyd edək ki, ABŞ-ın İrəvandakı səfirliyi Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda Yeni il bayramı günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb:

“Ekstremistlər turistlər olan yerlərdə-ticarət mərkəzlərində, hava limanlarında, klublarda, restoranlarda, dua edilən yerlərdə, nəqliyyat vasitələrində fəaliyyət göstərirlər”.

Tarix
2018.12.13 / 15:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla