Yuxarı

"Bu, Rusiya ilə münasibətlərimizə əlavə dinamika verəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfər bizim birgə işimizin 2019-cu il üçün planlarını müəyyənləşdirmək, həm də bu il hansı işlərin görüldüyünü təhlil etmək üçün yaxşı imkandır. Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

"Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabrın əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənəd imzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək.

Biz beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstəririk. Lap bu yaxınlarda - bir həftə əvvəl MDB-nin Sankt-Peterburqda qeyri-formal sammiti keçirildi. Bu, təşkilatın üzvlərinin fəaliyyətini gücləndirmək üçün çox əlamətdar hadisə idi. Bu il aktiv fəaliyyətə başlayan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşdırılıb. Bu yaxınlarda görüşəcəklər. Həmçinin Rusiya-Azərbaycan İşgüzar Şurasının yeni tərkibi formalaşdırılıb. Yəni, biz ticari-iqtisadi əlaqələrə, investisiya proqramlarına dinamika vermişik. Düşünürəm ki, nəticələr çox yaxşı olacaq", - İ.Əliyev söyləyib.

Tarix
2018.12.14 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla