Yuxarı

İranda etnik qarşıdurma körüklənir – ABŞ planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la İran arasında ikincinin müəyyən taktiki silahları sınaqdan keçirməsinə görə çox ciddi gərginlik yaşanır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik Vaşinqton və Tehran arasında yaşanan bu gərginliyin daha da artacağını istisna etməyib:

“ABŞ İrandan bu sınaqların dayandırılmasını tələb edir və yeni ballistik raket sınağının Avropa üçün təhdid olduğunu bildirir. İran isə orta mənzilli raketlərin istehsalı və sınaqdan keçirilməsi hüququna malik olduğunu düşünür. Hesab edirəm ki, bu, nəticə etibarilə ABŞ-ın İrana qarşı növbəti iqtisadi sanksiya dalğasına gətirib çıxaracaq. Yeni sanksiya dalğası isə İranın daxili iqtisadi problemləri fonunda ölkədə çox ciddi narazılıqlara yol aça bilər”.

Analitik hazırda İranın daxilində çox maraqlı proseslərin getdiyini deyib:

“Bu proseslər təkcə iqtisadi deyil, eyni zamanda, etnik narazılıqlarda da özünü göstərir. Əsasən, etnik ərəblər, kürdlər və bəlucların yaşadığı bölgələrdə silahlı toqquşmalar səngimir. Məsələn, SEPAH-ın dəstələrinə və sərhəd əsgərlərinə hücumlar edilir. Bütün bunlar isə öz növbəsində İranda etnik narazılıq baxımından kifayət qədər problemlərə yol açmış olur. ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalar fonunda bu narazılıqların daha da artacağını düşünürəm. ABŞ hazırda bu istiqamətdə təzyiqlərini maksimum artırmağa çalışır. Bu isə İran üçün yaxşı heç nə vəd etmir”.

Qeyd edək ki, İran bir müddət əvvəl ballistik raketlərinin yeni sınağını keçirdiyini təsdiq edib.

Tarix
2018.12.15 / 00:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla