Yuxarı

Prezident işarə etdi: Qarabağda dönüş başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yarandığını bildirib. Ölkə başçısı əlavə edib ki, bir çox amillər bunu deməyə əsas verir. Prezident burada hansı amilləri nəzərdə tutur?

- Əvvəla Dağlıq Qarabağ probleminin həllinə yanaşma dəyişilib. Artıq bir çox beynəlxalq təşkilatlar və dövlətlər bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini başa düşür. Məsələn, NATO, AB, Avropa Şurası, İƏT, Qoşulmayanlar Hərəkatının zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı qaydada vurğulanıb və münaqişənin bu prinsip daxilində həll edilməsi tələb olunub. Bütün bunlar Rusiyanı da müəyyən qədər təlaşa salıb. Rusiya status-kvonun dəyişdirilməsi istiqamətində səylərini gücləndirib. Elə Lavrovun Bakıya səfəri və mətbuata verilən açıqlamaları onu göstərir ki, Rusiya problemin həlli ilə bağlı səylərini artırmaq niyyətindədir. Hətta Rusiyanın vasitəçiliyi ilə iki dövlətin siyasi rəhbərliyinin görüşünün təşkil edilməsi məsələsi də gündəmdədir. Bununla yanaşı, Azərbaycanın hərbi gücünün, potensialının da artması Azərbaycan Prezidentini və xalqını ruhlandıran amillərdəndir. Əgər siyasi danışıqlar yolu baş tutmasa, Ermənistan yenə də qeyri-konstruktiv təkliflərlə danışıqlar prosesini pozsa, onda məsələnin həlli güc müstəvisinə yönələcək. Bu da Azərbaycanın şəksiz qələbəsinə gətirib çıxaracaq. Hər halda belə hesab edirəm ki, böyük güclər – ABŞ, AB, Rusiya və s. müəyyən maraqlar çərçivəsində problemin həllinə səy göstərir və həllini istəyir. Hələ ki, Ermənistan tərəfi belə reaksiyalara adekvat cavab vermir.

- Ölkə başçısı çıxışında eyni zamanda vurğuladı ki, bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır. Bu çox ciddi amildir. Artıq Ermənistanda bütün proseslər millətçilik müstəvisindən çıxıb sosial müstəviyə keçə bilərmi? Əhalinin hökumətdən daha çox sosial gözləntilərinin olması Paşinyana gələcəkdə Azərbaycanla konstruktiv danışıqlara getməyə imkan verəcəkmi?

- Əvvəla onu deyim ki, Paşinyan öz seçicilərinə və bütövlükdə Ermənistan xalqına çox böyük vədlər verib. Bu vədlər iqtisadi reformlar, xarici investisiyaların ölkəyə cəlb olunmasından tutmuş maddi rifahın yüksəldilməsinə qədər, böyük sahələri əhatə edir. Amma bu gün Ermənistanın büdcəsi boşdur. Büdcənin necə doldurulacağı heç kimə bəlli deyil. Üstəlik də Ermənistanın coğrafi mövqeyi və onun dənizlə əlaqəsinin olmaması, nəqliyyat yollarının məhdudluğu da Ermənistanın blokadasını dərinləşdirən amillərdəndir. Belə şəraitdə iqtisadi reformları həyata keçirmək xeyli çətin olacaq, yaxud da mümkünsüzdür. Bundan başqa, xarici investorlar belə bir coğrafi məkana pul qoymağa həvəsli deyil. Ona görə də əhalinin özü miqrasiyaya meyillidir. Onu da əlavə edim ki, ölkədə uzun illər hakim partiya ilə koalisiyada olan partiyalar siyasi müxalifət bloku formalaşdırıb. Söhbət Respublikaçılar, Daşnaksütyun və digr partiyaların birgə blok yaratmasından gedir. Bu zəmində də Paşinyan vədlərini yerinə yetirmədikdə ondan narazı olan qüvvələrin müxalif partiyalara yönlənməsi prosesi olacaq. Bu da müxalifətin mövqeyini xeyli gücləndirəcək və nəticə etibarilə Ermənistanın siyasi mənzərəsi də iqtisadi mənzərəsinin daha gərgin forması olacaq.

- Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı Azərbaycanın 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib. 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin əldə olunacağı il ola bilərmi?

- İndi danışıqlar prosesi üçün beynəlxalq mühitdə əlverişli şərait yaranıb. Bu şərait Azərbaycanın ərazi bütövlüyü məsələsinə əksər beynəlxalq təşkilatların və dövlətlərin dəstək verməsidir. Bu nöqteyi-nəzərdən ölkə başçısı da Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsini nəzərdə tutur. Üstəlik də problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi artıq daha çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tələb edilir. Bütün bunları nəzərə alaraq, İlham Əliyev də 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli olacağını söyləyir.

- Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı böyük güclər artıq tez-tez müsbət açıqlamalar verir. Bütün bunlar gizli qapılar arxasında başqa danışıqların getdiyinə işarə verirmi?

- Məncə, bu, doğru yanaşmadır. Artıq açıq, ictimaiyyətə bəlli olan danışıqlar prosesi dalana dirəndiyindən danışıqların çoxu kulislər arxasında həyata keçirilir. Kulislər arxasında da böyük güclərin nümayəndələri bu danışıqlarda iştirak edir. Rusiya bu məsələdə daha fəaldır. Təklif etdiyi ideyalar maraqlı və Azərbaycan üçün tam sərfəli olmasa da, hər halda, Rusiya təşəbbüsü öz əlinə alıb. Bununla ABŞ və AB-nin Cənubi Qafqaza nüfuzunun qarşısını almağa çalışır. Amma bu güclər də bölgəyə nüfuz etməkdə qərarlıdır. Bu nöqteyi-nəzərdən söyləmək olar ki, kəskin siyasi rəqabət şəraitində problemin həllinə yanaşmalar və cəhdlər 2019-cu ildə artacaq.

Tarix
2018.12.15 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla