Yuxarı

İrəvan təşvişdə: Putinin Paşinyana bu mesajı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya NATO və ABŞ-ın Gürcüstana siyasi dəstəyindən olduqca narahatdır.

Bunu Axar.az-a Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Moskva NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması təhlükəsini qəbul etmir:

“Rusiya ilə Qərb arasında ziddiyyətlərin kəskinləşməsi də məhz bununla bağlıdır. Rusiyanın Gürcüstanın NATO sıralarına qəbul edilməsi yönündə verilən son siyasi açıqlamaları təxribat kimi qəbul etməsi səbəbsiz deyil. NATO faktiki Gürcüstanda genişlənir, alyansın qulluqçuları bu ölkədə məskunlaşır, üstəlik, gələcəkdə hərbi aerodromun tikilməsi də planlaşdırılır. Belə bir vəziyyətdə Rusiya müdafiə olunmağa çalışır. Çünki NATO Baş katibi Yens Stoltenberq və ABŞ Dövlət katibi Mayk Pompeonun bir müddət öncə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləməsi əslində yeni gürcü hökumətinə açıq mesaj idi. Yəni Qərb Gürcüstanı NATO-ya üzvlük məsələsində daha da israrlı olmağa dəvət edir. Bu mənada NATO ilə Gürcüstan arasında əməkdaşlığın gələcək perspektivləri Kremli narahat etməyə bilməz”.

Ekspert qeyd edib ki, Qərbin son zamanlar yürütdüyü siyasətdən təkcə Rusiya deyil, eləcə də İran və bir sıra ölkələr də narahatdır. İrəvana gəlincə, politoloq Rusiya XİN-in son bəyanatının qərbyönümlü Paşinyana da bir xəbərdarlıq olduğunu düşünmür:

“Moskvanın İrəvanı NATO üzərindən vurmağa ehtiyacı yoxdur. Rusiya bunu birbaşa Ermənistana təzyiqlə də edə bilər. Məsələn, Putinin Paşinyana təbrikinin ləngiməsi İrəvana sərt mesajdır. Bu mənada Ermənistanın təşvişə düşməsi təbiidir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi NATO Baş katibi Yens Stoltenberq və ABŞ Dövlət katibi Mayk Pompeonun bir müddət öncə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən açıqlamalarını provokasiya adlandırıb.

Tarix
2018.12.15 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla