Yuxarı

Lukaşenkonun Nikola “dilini bir yerində gizləyən” deməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lukaşenko öz açıqlamaları ilə Rusiyanın da Ermənistana olan münasibətini ortaya qoyur. Yəni o, demək istəyir ki, Rusiya özünün iqtisadi və digər maraqlarını Ermənistandan qat-qat üstün tutur.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, ermənilər ifrat dərəcədə, bütün hədləri aşaraq, Belarusun üzərinə getməyə çalışdı, sərt formada bu ölkənin rəhbərliyini, yumşaq desək, tənqid atəşinə tutdu. Təbii ki, bunun adekvat cavabı olmalıydı:

“Əslində küçənin qəhrəmana çevirdiyi Paşinyanın mahiyyət etibarı ilə kim olduğunu Lukaşenko Rusiya mətbuatına verdiyi müsahibədə açıq şəkildə ortaya qoydu. Yəni reallıq nədən ibarətdir, göründü. Lukaşenkonun seçdiyi ifadələrdə də onun münasibəti açıq şəkildə özünü göstərir. Yəni Lukaşenko bəyan etdi ki, Azərbaycana silah satışında ilk yerdə Rusiya, ikinci yerdə İsrail, üçüncü yerdə Türkiyə dayanır. Belarus isə “Polonez”lərin hesabına bəlkə dördüncü və ya beşincidir. Belə olduğu təqdirdə Rusiya prezidentinə niyə öz etirazını bildirmirsən?! Qorxursan! Bu kimi digər ifadələr əslində real mənzərəni ifadə edir”.

Politoloq vurğulayıb ki, Lukaşenko hər kəsə İrəvanın küçə və meydanlarında qəhrəman kimi görünən Paşinyanın əslində qorxaq olduğunu göstərdi:

“Bununla hamıya məlum oldu ki, Paşinyan Rusiyanın atdığı addımların qarşılığında mövqe sərgiləmək cəsarətinə sahib deyil. O baxımdan Belarus da öz maraqlarından çıxış edir. Lukaşenko eyni zamanda KTMT daxilində də Paşinyana necə alçaldıcı münasibət göstərildiyini nümayiş etdirdi. Yəni onun layiq olduğu münasibəti ona göstərirlər. Əslində Paşinyan lider kimi bəlli bir xarakterə sahib deyil. Liderin dəsti-xətti, yolu, istiqaməti bir olmalıdır. Eyni vaxtda həm Rusiyanın, həm də Qərbin qucağında oturmaq siyasəti mümkünsüzdür. Əgər sənin konkret mövqeyin varsa və milli maraqlardan çıxış edirsənsə, o zaman mövqeyini açıq şəkildə dilə gətirməyi hər yerdə bacarmalısan. Yox, sən İrəvanın küçə və meydanlarında guruldayıb, sonra Lukaşenkonun dediyi kimi, Putinin yanında dilini bəlli bir yerinə qoyursansa, o zaman sənin hər hansı formada iddia ilə çıxış etməyə haqqın yoxdur. Bu iddialar nə Belarusun, nə Qazaxıstanın, nə də digər dövlətin ünvanına səslənə bilər”.

Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko Rusiya mediasına müsahibəsində Ermənistanın baş nazir əvəzi Nikol Paşinyana Azərbaycana silah satışında Rusiyanın birinci yerdə olduğunu bildirərək, “dilini bir yerində gizlətməməyi” və cəsarəti çatırsa, Rusiya Prezidenti Vladimir Putini tənqid etməli olduğunu dediyini bildirib.

Tarix
2018.12.17 / 13:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla