Yuxarı

Abe: Bakı ilə əməkdaşlığa xüsusi önəm veririk - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən bu ölkədə akkreditasiya olunmuş yapon dilində danışan səfirlər üçün görüş-nahar təşkil olunub. Tədbirdə Baş nazirin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Axar.az xəbər verir ki, görüşdə hər bir səfir Baş nazir ilə söhbət etmək imkanı qazanıb. Söhbət zamanı G.İsmayılzadə, ilk növbədə, Baş nazirə dəvət üçün minnətdarlığını ifadə edib. Diplomat 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd edildiyini, Cümhuriyyətin 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən G.ismayılzadə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyinə diqqət çəkib. G.İsmayılzadə Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorunda geniş fəaliyyəti haqqında məlumat verib, ölkəmizin qeyri-enerji sektorunda da Yaponiya ilə əməkdaşlıq üçün yüksək potensialın olduğunu qeyd edib.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Baş nazir Şinzo Abe Yaponiyanın Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyib.

Tədbirdə yapon dilində danışan cəmi 23 səfir iştirak edib.

Xatırladaq ki, ilk belə görüş 2015-ci ilin dekabrında, daha sonra 2017-ci ilin yanvarında və dekabrında təşkil edilib və bu görüşlərin hamısında Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib.

Tarix
2018.12.17 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla