Yuxarı

Vasif Talıbov vali ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Məmiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycanın inkişafı Türkiyənin inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə Ərzurum vilayəti arasındakı münasibətlərin tarixinə diqqəti çəkən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Ali Məclisin Sədri muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı təhsil əlaqələrindən danışıb, Naxçıvan Dövlət Universitetinin Türkiyənin universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Ali Məclisin Sədri Ərzurum Vilayətinin nümayəndə heyətinin Naxçıvana səfərinin səmərəli olacağına əminliyini bildirib.

Ərzurum Vilayətinin valisi Okay Məmiş göstərilən diqqətə görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və burada şahidi olduğu inkişafın onda böyük təəssürat yaratdığını bildirib. Ərzurum Vilayəti haqqında ətraflı məlumat verən vali Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsində səylərin artırılacağını vurğulayıb.

Sonra xatirə şəkli çəkdirilib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Tarix
2018.12.17 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla