Yuxarı

İrəvandan şok etiraf: Bakının bu silahı qarşısında çarəsizik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında siyasi və hərbi qüvvələr balansı pozulub.

Axar.az xəbər verir ki, bunu “News.am”a açıqlamasında erməni hərbi ekspert Van Ambartsumyan deyib. Onun sözlərinə görə, hərbi balansın olmaması Ermənistanın vəziyyətinə neqativ təsir göstərir.

O, Ermənistanın yeni rəhbərliyinin siyasəti ucbatından KTMT-yə azərbaycanyönlü Belarus nümayəndəsi Stanislav Zasın təyin edilmə təhlükəsi yarandığını qeyd edib. Hərbi ekspert general Zasın Azərbaycana “Polonez” sistemlərinin tədarükünə nail olan əsas vasitəçilərdən biri olduğunu deyib:

“Bu sistemlərin tədarükü ilə Ermənistanla Azərbaycan arasında qüvvələr balansı pozulub. Dünyada bu silahın analoqu yoxdur. Bu sistemin qarşısında praktik olaraq yeni hava hücumundan müdafiə sistemləri çarəsizdir. Bu sistemlər Ermənistanın silahlanmasında olan Rusiyanın S-300 komplekslərini məhv etmək gücündədir. Hava hücumdan müdafiə sistemləri üçün bizim İsgəndər-E raketlərinə müqavimət göstərmək “Polonez”lərdən daha asandır. Azərbaycanlılar artıq “İsgəndər”lərə cavab olaraq LORA sistemlərini də alıblar.

Bizim texnikanın dərin modernləşməyə ehtiyacı var. Bizim tanklarımız gecələr gücsüzdür. Onlar düşmən tankları hətta tank əleyhinə raket kompleksləri üçün asan hədəfə çevrilirlər”.

Tarix
2018.12.18 / 15:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla