Yuxarı

Prezident işarə etdi: bu sahədə ciddi islahatlar gözlənilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının Azərbaycanda səhiyyə sahəsinə xüsusi diqqət ayırdığı ötən gün bir daha müşahidə olundu və bu, çox müsbət haldır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun açılış mərasimindəki nitqini şərh edən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Prezidentin sözügedən çıxışı səhiyyə sahəsində ciddi islahatların aparılacağından xəbər verir:

“Səhiyyə Azərbaycan üçün olduqca vacib sahədir və son zamanlar dövlət başçısının Azərbaycanda bu sahəyə xüsusi diqqət ayırması müsbət haldır. Bu, sözügedən istiqamətdə islahatların dərinləşəcəyinə işarədir”.

Millət vəkili Azərbaycanın əksər şəhər və rayonlarında müasir standartlara cavab verən tibb müəssisələrinin fəaliyyətini də müsbət qiymətləndirib:

“Son 15 ildə ölkədə 650-yə yaxın tibb müəssisəsi tikilib ki, bu da olduqca mühüm göstəricidir. Paralel olaraq yaxın illərdə bütün mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesinin baş çatması gözlənilir”.

F.Mustafa onu da qeyd edib ki, gələcəkdə səhiyyə sahəsində mütəxəssislər yetişməsi istiqamətində səylərin artırılacağı hədəflənir:

“Azərbaycanda tibb sahəsində müasir dövrün tələblərinə cavab verən kadr hazırlığı potensialının artırılmasına ehtiyac var. Xüsusilə də tibb təhsilinin inkişafı istiqamətində obyektiv bir yol izlənilməlidir”.

Tarix
2018.12.19 / 09:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla