Yuxarı

“Türkiyə Amerikanın hər istəyinə “hə” deməməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika çox gözəl başa düşür ki, Türkiyə öz ərazi bütövlüyü və milli maraqlarını qorumaq naminə əlindən gələni edəcək".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə son günlər ABŞ-ın Türkiyə ərazisində yerləşən İncirlik Hərbi Hava Bazasını Şimali İraqa köçürəcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Türkiyə artıq çox güclü və həddindən artıq inkişaf etmiş böyük dövlətdir:

"Buna görə də Türkiyə öz milli maraqlarını müdafiə edir və bu yöndə siyasət yürüdür. Sözsüz ki, Türkiyə NATO-nun üzvü və Amerikanın da müttəfiqidir. Əgər amerikalılar Türkiyə ərazisindən Yaxın Şərqdə belə bir əməliyyat aparsalar, buna Türkiyə də məsuliyyət daşıyır. Türkiyə isə öz qonşuları ilə sülh içərisində yaşamaq istəyir. Buna görə də nə Suriya ilə, nə də başqa dövlətlərlə müharibəni heç vaxt istəmir. Amma Amerikanın milli maraqları fərqlidir. Amerika yaxın Şərqdə öz siyasətini yürüdür. Ziddiyyətlər də məhz bu zəmində əmələ gəlir. Türkiyə də öz maraqlarını qoruyaraq Amerikanın təkliflərinə hər zaman "hə" demir. İncirlik məsələsi hər iki dövlət üçün olduqca ziddiyyətli məsələdir. Əgər Amerika İncirlik Hərbi Hava bazasını Şimali İraqa köçürmək istəyərsə, bu, Amerikanın öz işidir".

V.Quluzadə bildirib ki, Amerika və Türkiyə münasibətlərinə gəldikdə isə əgər bir ölkə öz ərazi bütövlüyünü və milli maraqlarını qoruyursa, əminəm ki, Amerika bunu çox gözəl başa düşür:

"Eyni zamanda ABŞ Türkiyənin güclü və böyük dövlət olmağını da çox yaxşı anlayır. Amerikalıların öz ölkə siyasətini necə müəyyən edəcəklərini gələcək göstərəcək. Ancaq bu da var ki,Türkiyə hər şeyə görə Amerikaya "hə" deyə bilməz. Regionda Türkiyənin əhəmiyyəti olduqca böyükdür. Bunu da unutmamaq lazımdır ki, Amerikanın Türkiyəyə ehtiyacı var və İncirlik harada olursa-olsun, Vaşinqton Ankaraya hər zaman müttəfiq kimi baxır və baxacaq da".

Tarix
2014.11.01 / 09:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla