Yuxarı

Millət vəkili: “Nə yolla olur-olsun, Zəngilan qaytarılacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kəlbəcər girovları haqda yetərincə bilgisi olmadığını deyən ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki, görəsən, ermənilərin Zəngilanda uşaq bağçası tikmələrindən necə, xəbərdardırmı?"

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Sahib Alıyev öz Feysbuk səhifəsində çıxış edib.

O, ABŞ-ın Qarabağdakı azərbaycanlı əsirlərdən xəbərsiz olduqlarına inanmadığını bildirib:

"Almaniya kimi bir dövlətin kanslerinin öz ərinə telefonda nə dediyindən belə xəbər tutmağı bacaranlar üçün bunu bilmək elə də çətin olmasın gərək. Elə isə bu bağçanın tikintisinə və separatçı rejimin başında duran Bako Saakyanın gedib onun açılışını etməsinə nədən reaksiya verilmir? Özü də bilə-bilə ki, Zəngilan heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb və orada ermənilər yaşamayıb. Və yəqin xanım Psaki bunu da bilməmiş deyil ki, mənzil qərargahı həmin Amerikada yerləşən BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ilin 11 noyabrındakı 884 saylı qətnaməsində məhz Zəngilanın və Horadizin işğalı faktı pislənərək, ermənilərin oranı tərk etmələri tələb olunurdu. Ukraynanın şərqində Rusiyanın ən xırda hərəkətlərini belə izləyib bunu kəskin tənqid edənlər, bütün Qərbi Moskvanın üstünə qaldıranlar ermənilərə gəldikdə niyə susurlar? Susurlar sussunlar, amma onlar da, ermənilər də bilsinlər ki, belə getməyəcək. Hansı yolla olursa-olsun, Zəngilan geri qaytarılacaq. Orda Saakyanın açılışına qatıldığı bağçanın yerində də yəqin təzəsi - daha çağdaşı və yaraşıqlısı tikiləcək ki, azərbaycanlı balalar özlərini rahat və xoşbəxt hiss etsinlər. Bəs indi həmin bağçaya gedən erməni uşaqları necə olacaqlar? Ermənilər özləri anlamırlar. Onlara canı yananlar necə, bu haqda düşünürlərmi?"

Tarix
2014.11.01 / 15:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla