Yuxarı

FSB İŞİD-dən Azərbaycanda istifadə edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz bilirik artıq Suriya və İraqda nə qədər azərbaycanlı döyüşür".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu çıxış edib.

O, İŞİD-in arxasında ABŞ-ın dayandığına inanmadığını bildirib:

"Rus ekspertləri artıq birinci dəfə deyil ki, İŞİD-in Qafqaz üçün böyük təhlükə olduğunu deyirlər. Hətta bundan öncə Rusiya Müdafiə naziri Bakıda olan zamanda bu məsələyə diqqət ayırmışdı. Əslində, bu cür eyhamlar çox təhlükəli tendensiyadır. Təəssüflə deməliyəm ki, əsassız da deyil. Ona görə ki, biz bilirik artıq Suriya və İraqda nə qədər azərbaycanlı döyüşür. Onların Rusiyadan olan döyüşçülərlə bir yerdə vuruşmaları və buradakı bəzi döyüşçülərin Rusiyaya bağlılığı Moskvanın bu tip şəxslərdən Azərbaycanla Gürcüstanda istifadə etməsinə şərait yarada bilər. Ola bilər ki, bunlar yalnız eyhamdır. Məsələ burasındadır ki, İŞİD ABŞ-ın ayağına yazılsa da, bu gün onu da faktiki olaraq sıradan çıxaran da ABŞ-dır. Vaşinqtonun nəyinə lazım idi ki, belə bir terror təşkilatı qursun və sonra onu məhv etməyə başlasın. Bu absurddur. Artıq İŞİD-in arxasında dayanan sifarişçilərin qulaqları görünməyə başlayır. Bunlardan biri şübhəsiz ki, Əsəd rejimi, müəyyən qisim ərəb ölkələri və ya oradakı dairələrdir. Burada Rusiyanın da maraqları var. İŞİD-dən hər kəs öz məqsədləri üçün istifadə edir. Bizi ABŞ və Rusiya tərəfindən bu təhlükə ilə bağlı xəbərdar ediblərsə, demək, buna nə olur-olsun hazır olmalıyıq. Bu tip qruplara qarşı zorakılıq onların əks cavab verməsilə nəticələnir. Burada konkret strategiya seçilməlidir. Əgər bizə hər tərəfdən xəbərdarlıq olunursa, deməli, təhlükə var".

Tarix
2014.11.02 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla