Yuxarı

“Azərbaycanda casuslar bir-bir aşkarlanır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan, erməni lobbisi və onlarla əlaqədar anti-Azərbaycan qüvvələr bunun müqabilində bizə qarşı köhnə məkrli xətlərinə uyğun olaraq Avropa Şurasında Azərbaycana qarşı müxtəlif əks tədbirlər həyata keçirməyə cəhd edirlər".

Axar.az AzərTAc-a istinadən xəbər verir ki, bu açıqlama ilə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin üzvü Rəfael Hüseynov çıxış edib.

O, müəyyən qüvvələrin Azərbaycan əleyhinə çıxış edərək, Ermənistanın işğalçı əməllərinin fəsadlarından diqqəti yayındırmağa çalışdıqlarını bildirib:

"Komitənin Madrid iclasında qeyri-hökumət təşkilatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı, Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər. Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycana qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri Gülnarə Axundovadır. Nəticə etibarı ilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır. Azərbaycan hökumətinin tutduğu aşkarlıq xətti, korrupsiya hallarının qarşısını almaq üçün bütün sahələrdə, o cümlədən QHT-lərin də maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi təşəbbüsləri ölkəmizdəki ayrı-ayrı QHT-lərə xaricdən çirkli pullar axıdan, yaxud hətta qanuni maliyyəni də çirkli məqsədlərə yönəldənləri hövsələdən tamamilə çıxarıb".

Deputat gələcəkdə Azərbaycan əleyhinə çalışacaq qüvvələrin başqa böhtanlara əl atacağını deyib:

"Onlar ifşa olunduqca daha artıq azğınlaşır, daha çox böhtanlar uydururlar. Avropanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycandakı QHT-lərin sayı da artıqdır, onlara yaradılan şərait də qat-qat yaxşıdır və həmin istiqamətdə müsbət irəliləyişlər bundan sonra da olacaq. Xaricdən əleyhimizə işləyən, inkişafımızı gözü götürməyən zümrələrsə bizə qarşı mümkündür ki, gələcəkdə daha başqa fitnə və böhtanlara əl atsınlar. Lakin beynəlxalq təşkilatlarda çoxdan müşahidə etdiyimiz ikili standartlar, qərəzli, subyektiv yanaşmalar, müxtəlif ədalətsiz təzyiqlər Azərbaycanı heç vaxt düz yolundan döndərə bilməz. Mübarizə hər gün davam edir və bütün belə hallara qarşı həmişə deyəcək sözümüz, gətiriləcək tutarlı arqumentlərimiz var".

Tarix
2014.11.02 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla