Yuxarı

Rusiyadakı Azərbaycan diasporu vəhhabilərin hədəfində – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyadakı Azərbaycan diasporu İŞİD-in vəhhabi təbliğatçıları üçün hədəfdir".

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Milli Strategiya İnstitutunun eksperti, islamşünas Rais Süleymanov deyib.

O, vəhhabilərin Rusiyaya işçi miqrant simasında gəldiyini deyib:

"Azərbaycanlı islamçıların Moskvada həbs olunması bu xalqa qarşı qəsdən təşkil edilmiş xüsusi aksiya kimi qəbul edilməməlidir. Onları azərbaycanlı olduğuna görə yox, Moskvanın Skotoproqon keçidində radikal islamçı düşərgə yaratdıqlarına görə həbs ediblər. Lakin Rusiyanın müxtəlif diasporlarında bu fundamentalistlər öz fəaliyyətlərini gizli şəkildə davam etdirirlər. Onlar buraya işçi miqrantlar kimi gəlirlər ki, bunun vasitəsilə də öz həmvətənləri arasında təbliğat aparmaq çox asan işə çevrilir. Tacikistan vəhhabiləri taciklər, Özbəkistanın "Hizb-ut-Təhrir" qruplaşması özbəklər, Azərbaycan vəhhabiləri isə azərbaycanlıları formalaşdırırlar. Rusiyada İŞİD tərəfdarlarının olması heç kimi təəccübləndirməməlidir. Rusiyadakı Azərbaycan diasporu İŞİD-in vəhhabi təbliğatçıları üçün hədəfdir. Öz mədəniyyətlərindən, vətənlərindən ayrı düşərək çətinliklərlə qarşı-qarşıya qalan insanlar çıxış yolunu və sakitliyi dində tapırlar. Bunlardan isə həmin təbliğatçılar mükəmməl şəkildə istifadə edirlər. Oliqarx Akif Sayadovun beynəlxalq terrorizmə maliyyə dəstəyi verməkdə günahlandırılaraq həbs edilməsini hələlik versiya kimi qəbul etmək lazımdır. Onu həm də külli miqdarda maliyyət ehtiyatlarını ələ keçirməkdə günahlandırırlar. Hələlik bu versiya ilə ittihamları dayandırmaq lazımdır".

Tarix
2014.11.03 / 14:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla