Yuxarı

Rusiya Azərbaycanın hərbi helikopterlərini yoxlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Helikopterləri" (Vertolyot Rossii) şirkətinin Rostov-Dondakı zavodunda Azərbaycanın sifarişi ilə istehsal olunmuş Mi-35M tipli döyüş helikopterlərinin növbəti partiyasının sınaqları keçirilir.

Rusiyaya məxsus hərbi internet saytlarında yeni helikopterlərin uçuş testləri zamanı çəkilmiş fotoları yer alıb.

Məlumatlara görə, 20121 və 20124 bort nömrəli helikopterlərin uçuş testləri noyabr ayının ortalarında başlanılıb. Mi-35M helikopterlərinin növbəti partiyası yaxın günlərdə Azərbaycana göndəriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə "Rosoboroneksport" şirkəti arasında 2010-cu ilin sentyabrında imzalanmış müqavilə çərçivəsində 24 ədəd Mi-35M tipli döyüş helikopteri alınmalıdır. Rusiya tərəfi helikopterlərin çatdırılmasına 2011-ci ilin dekabr ayından başlayıb (APA).

Tarix
2013.12.05 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla