Yuxarı

"Natiq Ədilov əxlaqa sığmayan fikirlər səsləndirib" - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Natiq Ədilova xəbərdarlıq, bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə və KİV-də yaydığı əxlaqa və etik normalara sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, N.Ədilova xəbərdarlıq qanun pozuntusundan çəkindirmək məqsədi ilə qanun çərçivəsində edilib.

Onun sözlərinə görə, hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən N.Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir.

Qeyd edək ki, "Azadlıq" qəzetinin müxbiri Natiq Ədilova sosial şəbəkələrdə yazdıqları ilə bağlı xəbərdarlıq edilib. Bakı şəhər Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsində yazılı xəbərdarlığı jurnalistin diqqətinə yetirib. Jurnalist xəbərdarlıqla tanış olsa da, onu imzalamaqdan boyun qaçırıb.

Prokurorluğun xəbərdarlığında qeyd edilir ki, Natiq Ədilov sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində "iqtisadi islahatların mahiyyətini və əsl gerçəkliyi əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər" səsləndirib və görüntülər yerləşdirib. Həmin yazı və görüntülərin, eyni zamanda pozuntuların nədən ibarət olduğu açıqlanmayıb (Trend).

Tarix
2013.12.06 / 11:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla