Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Konstitusiya Məhkəməsi Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

"Publika.az"ın məlumatına görə, məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvalacı çıxış ediblər.

S.Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R.Qvalacı isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib.

MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb.

M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər: "Səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr ictimaiyyətə çatdırılıb".

MSK sədri bildirib ki, səsvermə bitdikdən sonra MSK-ya 4 müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb.

Bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə, aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib.

Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.

"APA" xəbər verir ki, İclasda Cəmil Həsənli çıxış üçün söz istəyib. Lakin F. Abdullayev etiraz edib, bildirib ki, bu cür iclaslarda tərəf kimi MSK, dəvət olunmuş ekspertlər çıxış edə bilərlər. Digər şəxslər isə iclasda iştirak edə bilərlər, lakin onların çıxış etmək hüququ yoxdur.

Sonra hakimlər müşavirəyə gediblər.

Hakimlər müşavirədən qayıdandan sonra F. Abdullayev Konstitusiya Məhkəməsi adından qərarı elan edib.

Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib.

Qərar elan olunduğu gündən qüvvəyə minir.

Fərhad Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

İclas Azərbaycan dövlət himinin səslənməsi ilə başa çatıb.

Qeyd edək ki, MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək respublika üzrə səsvermənin nəticələrini müəyyən edib.

Respublika üzrə Seçki Dairələrinin sayı 125, Seçki Məntəqələrinin ümumi sayı 5492 olub. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı 0, səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı 0 olub.

Respublika üzrə seçicilərin ümumi sayı 5 214 787, seçici siyahılarında olan seçicilərin sayı 5 145 592 , əlavə seçici siyahısında olan seçicilərin sayı 69 195, qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı 33 851 nəfər təşkil edib. Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı 5 149 255, seçki bülleteni almış seçicilərin sayı 3 735 374, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı 1 409 949 olub. Korlanmış seçki bülletenlərinin sayı 3 932 , seçki qutularında olan seçki bülletenlərinin sayı 3 734 592, etibarsız hesab edilmiş səslərin sayı 36 622 , etibarlı hesab edilmiş səslərin sayı 3 697 970 olub.

Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi isə aşağıdakı kimi olub: İqbal Ağazadə - 88 723 2.40 , İlham Əliyev 3 126 113 84.54, Araz Əlizadə 32 069 0.87, Hafiz Hacıyev 24 461 0.66, Qüdrət Həsənquliyev 73 702 1.99, Cəmil Həsənli 204 642 5.53, İlyas İsmayılov 39 722 1.07, Fərəc Quliyev 31 926 0.86, Sərdar Məmmədov 22 773 0.62, Zahid Oruc - 53 839 1.46.

Tarix
2013.10.19 / 05:30
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Sərkisyan Kremlə “sürpriz” etdi – Cavabı ağır olacaq

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Mir Şahinin TV-si gözləntiləri doğrultdumu? – Ekspertlər

Ərdoğan üçün böyük tələ: Türkiyəni kim idarə edəcək?

İnqilaba Rusiyadan baxış: İrəvan bunu etməlidir - Kalaçev

Azərbaycanın ən gənc naziri - Video

İlham Əliyev Azərbaycanı necə xilas etdi - Nümunə

Rusiya niyə İrəvan aksiyalarına müdaxilə etmədi? - Şok səbəb

Azərbaycanda daha bir yüksək vəzifəyə təyinat

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla