Yuxarı

Səfər Əbiyevin yeni vəzifəyə təyin olunması gözlənilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müdafiə naziri Zakir Həsənovun təqdimatı zamanı Səfər Əbiyevə İlham Əliyevin adından təşəkkür edilib. Və bildirilib ki, məzuniyyətdən qayıtdıqdan sonra onun yeni vəzifəyə təyinatı barədə qərar ola bilər".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. Hərbi ekspertin sözlərinə görə, Səfər Əbiyev faktiki olaraq ordu sıralarından uzaqlaşdırılmayıb: "O, məzuniyyətə çıxıb. Adətən generalların məzuniyyəti 45 gün çəkir. Artıq onun məzuniyyətinin bitməsinə bir həftədən az vaxt qalıb. Hesab edirəm ki, məzuniyyətdən qayıtdıqdan sonra Səfər Əbiyevin yeni vəzifəyə təyinatı reallaşa bilər".

Üzeyir Cəfərov həmçinin bildirib ki, hökumət nümayəndələri Səfər Əbiyevin oğlunun toyunda da yüksək səviyyədə təmsil olunub: "Bütün bunlar göstərir ki, Səfər Əbiyev "vurulmayıb", - deyə hərbi ekspert əlavə edib.

Səfər Əbiyevin hansı vəzifəyə təyin olunacağına gəlincə, Üzeyir Cəfərov bu barədə məlumatlı olmadığını deyib: "Açığı, bu barədə heç nə deyə bilmərəm. Çünki hər hansı məlumatım yoxdur" (Azadliq.info).

Tarix
2013.12.07 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla