Yuxarı

Prezidentin mətbuat katibindən sərt açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur.

Bunu Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib.

"ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının pozulmasını iddia etməsinə münasibətiniz necədir" sualını cavablandıran A.Qasımov qeyd edib ki, xanım C.Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə bağlı qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir: "Ona görə də onun Azərbaycanla bağlı dünən söylədiyi fikirlər məndə bir o qədər də təəccüb hissi doğurmur. Guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin".

Prezidentin mətbuat katibi əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində mütəmadi olaraq irqi ayrı-seçkilik, dinc nümayişçilərə qarşı polis zorakılığı, güc tətbiq olunması, hətta küçələrə hərbi texnikanın çıxarılması, gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır. Ferqyusonla bağlı bu yaxınlarda ABŞ-ın onlarla şəhərində baş vermiş hadisələr bir daha bunu aydın şəkildə nümayiş etdirdi: "Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur. Mütəmadi olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri obyektiv fikir söylədiklərinə görə böyük təzyiqlərə məruz qalır, hətta işdən çıxarılır. ABŞ-da fundamental insan haqlarının pozulması və azadlıqlara məhdudiyyət qoyulması ilə bağlı çox faktlar gətirmək olar.

Azərbaycana gəldikdə isə, ölkəmizin 20 ildən bir az artıq müddətdir ki, müstəqillik əldə etməsinə və Ermənistanın təcavüzü ilə bağlı müharibə şəraitində yaşamasına baxmayaraq, demokratik inkişaf yolunda çox böyük uğurlar əldə edilmiş və Azərbaycan hökuməti bu istiqamətdə səylərini daim artırmaqdadır".

A.Qasımov bir daha xanım C.Psakini bu faktları danmamağa və ümumiyyətlə, öz çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırırıb.

Tarix
2014.12.02 / 17:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla