Yuxarı

İcra başçısı ilə çəkişən iş adamı niyə həbs edildi? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ veteranı, Zərdabın icra başçısı ilə çəkişmədə olan sahibkarın işində yenilik var.

Axar.az xəbər verir ki, bir müddət əvvəl "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən həbsdəki iş adamı Fəqan Nəsibovin istintaqı ilə bağlı hərəkətlilik müşahidə olunur.

Zərdabın başçısı Lütfəli Babayevi onun 65 min dollarını mənimsəməkdə ittiham edən F.Nəsibov barəsində həbs-qətiimkan tədbiri ev dustaqlığı ilə əvəzlənə bilər. Məlumatda deyilir ki, onun problemi 2007-ci ildən başlanıb. Sahibkar iddia edirdi ki, o zaman L.Babayev Zərdabiyə yox, Mingəçevirə rəhbərlik edərkən şəhərdə köhnə trolleybus xətlərini sökdürüb, ona satmağa razılıq verib.

Bunun əvəzində isə üst-üstə ondan 65 min dollar alıb.

Amma bu pul sahibkara ödənilməyib. F.Nəsibov çoxsaylı şikayətlərdən sonra problemin həll olunmadığını görüb, intihara qalxmışdı. İntihara cəhd edərkən millət vəkili Qənirə Paşayeva onun çağırışına səslənərək hadisə yerinə gəlmişdi.

Dekabrın 4-də isə Yasamal Rayon Məhkəməsində F.Nəsibov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, vətəndaşa qarşı 10 min manat miqdarında dələduzluqda təqsirləndirilir. APA-nın yaydığı xəbərə görə, F. Nəsibov Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib. F.Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

F.Nəsibovun hansı vətəndaşa qarşı dələduzluq etdiyi üçün həbs edildiyi isə açıqlanmayıb.

Yada salaq ki, F.Nəsibov L.Babayevdən borcun çox cüzi hissəsini ala bilmişdi.

Tarix
2014.12.04 / 22:47
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla