Yuxarı

Obama Azərbaycana yeni səfir təyin etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Çekuta komitə səsverməsində təsdiq olunub.

Report xəbər verir ki, dinləmədə Azərbaycanla bağlı ətraflı müzakirə olmayıb.

Çekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Çekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009 illər arasında Tokyoda, 2003-2007 illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Çekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Tarix
2014.12.05 / 09:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Erməni ekspertdən şok

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla