Yuxarı

Türkiyəli politoloq Ankara-Moskva oyunundan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qısa müddətli maraqlar üzərində qurulan münasibətlərin Cənubi Qafqazda Rusiya, İran və Ermənistan geopolitik xəttinə təsir edəcəyini gözləmək sadəlövhlükdür".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyədə yaşayan politoloq Orxan Qafarlı öz Feysbuk səhifəsində çıxış edib.

O, Rusiya ilə Türkiyə arasında isti münasibətlərin uzun müddətli olmadığını bildirib:

"Rusiya-Türkiyə münasibətlərində Putinin Ankaranı ziyarət etməsindən sonra aralarında yaranan isti münasibətləri uzunmüddətli görməmək lazımdır. Dünya siyasətində Qərblə Rusiya arasında yaşanan soyuq münasibətlər dolayısı yolla bu prosesi indiki məqamda təsirli edir. Bu yaxınlaşmanın hələ ki, uzun müddətli olması mümkün görünmür. Çünki Türkiyə NATO-nun üzvü və ABŞ-ın regionda önəmli müttəfiqidir. Rusiya bunları gözəl bilir. Hər iki dövlət, yəni Rusiya və Türkiyə indiki məqamda bir-birindən maksimum şəkildə faydalanmağa çalışırlar. Qısa müddətli maraqlar üzərində qurulan münasibətlərin Cənubi Qafqazda Rusiya, İran və Ermənistan geopolitik xəttinə təsir edəcəyini gözləmək sadəlövhlükdür. Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Türkiyə geopolitik xəttinin daha sağlam iqtisadi, siyasi və hərbi əməkdaşlıq təməlləri var. Eyni zamanda, bu xəttə rəqib olan Rusiya-Ermənistan-İran xəttinin də siyasi, iqtisadi və hərbi əməkdaşlıq təməlləri mövcuddur. Ona görə də dünya siyasətində mimitik dəyişiklikləri uzun müddətli olaraq görmək doğru olmaz".

Tarix
2014.12.12 / 17:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla