Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


Azərbaycanlı diplomata BMT-də yüksək vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT əməkdaşı olan azərbaycanlı diplomat BMT-nin İnkişaf Proqramının Kürdüstandakı (İraq) Regional Ofisinin rəhbəri vəzifəsinə təyin edilib.

Report-un məlumatına görə, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlılardandır.

Müvəffəqiyyətli "böhran" meneceri kimi tanınan Sultan Hacıyevin göstərdiyi xidmətlər siyahısına 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqilab və elə həmin ilin yay fəslində ölkənin cənubunda baş vermiş etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən, və Cənubi Sudan kimi ölkələrdəki müvəffəqiyyətli fəaliyyəti daxildir. Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə Baş Müşavir vəzifəsini icra edərkən ezam olunmuşdu. BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev Azərbaycan Respublikasının BMTİP ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığının banilərindən biridir. Bu gün də sözügedən əməkdaşlıq hökumət və beynəlxalq təşkilat arasında mövcud olan müvəffəqiyyətli qarşılıqlı əməkdaşlığın ən yaxşı nümunəsi hesab olunur.

Uzun müddət ərzində BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsinin, həmçinin ölkənin BMT-nin strateji donoru kimi mövqeləşməsinin fəal tərəfdaşlarından biridir. Bu cür əməkdaşlığın bariz nümunələrindən biri Azərbaycan və Əfqanıstan arasındakı çoxsahəli tərəfdaşlıq münasibətləri hesab olunur ki, onların da inkişafına məhz Sultan Hacıyevin Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman mühüm töhfəsi olub. Sözügedən əməkdaşlığın təşəbbüskarı və əsas tərəfdaşları Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Qeyd etmək lazımdır ki, BMTİP-nin Azərbaycanda böyük marağına səbəb olmuş və təşkilatın xarici ölkələrdə tətbiq etmək istədiyi digər perspektiv istiqamətlərdən biri də ASAN xidmətidir.

Kürdüstandakı Regional Ofisin rəhbəri həm də BMTİP-nin İraqdakı nümayəndəsinin birinci müavinidir.

Tarix
2014.12.24 / 14:53
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Həmsədrlər görüşdə kreativ fikirlər irəli sürdü - XİN rəhbəri

Livan nəşri 20 yanvar faciəsindən yazdı

Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?

Davos İqtisadi Forumu: Prezidentin inanılmaz hədəfləri...

Səfirimizə prezidentin təltif etdiyi orden təqdim edildi - Foto

İlham Əliyevin vəzifəyə təyin etdiyi Nəcəfov kimdir?

Səfir qonşu ölkədə azərbaycanlılarla görüşdü - Foto

XİN-dən BMT baş katibinin Qarabağ çağırışına - Reaksiya

FHN-dən alpinistlər barədə: davam edir...

DİN-dən əməliyyat: 400 dini kitab müsadirə edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla