Yuxarı

Abbas Abbasova qarşı bəyanat verildi – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin xaricdəki diaspor təşkilatları "Azerros"un fəaliyyətindən narazıdır.

Bu barədə Axar.az-a açıqlamasında Avropada fəaliyyət göstərən "Azərbaycanın dostları" cəmiyyətinin rəhbəri Elman Mustafazadə bəyan edib. O bildirib ki, isgal altında olan Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə səy göstərməklə bağlı "Azerros"a müraciətləri cavabsız qalıb:

"Biz Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti olaraq, dəfələrlə girovlarımızla baglı Moskvadakı diaspor fəallarımızla, "Azerros"un rəhbərliyi ilə əlaqə qurmaga çalışdıq. Dəfələrlə bildirmişik ki, Dilqəm Əsgərov Rusiya Federasiyasının vətəndaşıdır. Çox təəssüflər olsun ki, müsbət cavab almadıq".

E.Mustafazadə bu gun faktiki olaraq "Azerros"un Azərbaycanın milli maraqlarına xidmət etmədiyini deyib:
"Ədalət naminə deməliyəm ki, "Azerros"un keçmiş rəhbəri Söyün Sadıqov hec bir vaxt belə özbasınalıga yol verməyib. O öz millətinə yuxarıdan aşağı baxmamışdı. Əksinə, Azərbaycanla bağlı çoxlu kitablar, bukletlər nəşr etdirən, Rusiyada təhsil alan tələbələrə hər cür yardım edən hörmətli Söyün bəy, çox təəssüfler olsun ki, etibar edib "Azerros"u təhvil verdiyi dostları açıq-açığına antimilli mövqe tutdular".

Avropada "Azərbaycanın dostları" Cəmiyyəti bütün bu neqativ halları nəzərə alaraq növbəti ildə "Azerros"da Tahir Hacıyevin rəhbərliyi ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsinə növbədənkənar keçiriləcək seçkini dəstəklədiklərini bəyan edib.

E.Mustafazadə diaspor fəaliyyətinin milli maraqlara söykənməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Söyün Sadıqov ötən ilin yanvarında keçirilən qurultayda təşkilatın prezidentliyindən istefa verib və qurumda struktur islahatları aparılıb. "Azerros"un idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib.

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Ağsaqqallar Şurasının sədridir.

Tarix
2014.12.26 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla