Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2018


Mehriban Əliyeva uşaqların bayram şənliyində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondu "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirib.

AzərTac xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 30-da keçirilmiş bayram şənliyində iştirak ediblər.

Bayram şənliklərinə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar. Şənlikdə iştirak edən uşaqların "Buta" sarayına gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlanıb.

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bu proqram və balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Bərbəzəkli sarayda rəqslərə qoşulan, mahnılar oxuyan, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb. Bayram şənliyində uşaqların təbəssümü bu ovqatı onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl əhval-ruhiyyə yaradıb. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində onlarla birlikdə şənləndilər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən aksiyalar, ilk növbədə, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının tikilməsi məqsədlərinə xidmət edir.

Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA dedi:

- Hörmətli valideynlər, hörmətli müəllimlər, əziz uşaqlar!

Ənənəvi olaraq hər il Yeni il ərəfəsində biz birlikdə ötən ili yola salırıq və Yeni il bayramını bir yerdə qeyd edirik. 2014-cü ili ölkəmiz uğurla yola salır. Azərbaycanda quruculuq, inkişaf işləri davam edir. Bu gün hər birimiz fəxr edirik ki, biz müstəqil, azad, güclü Azərbaycanda yaşayırıq. 2014-cü ildə dünyanın müxtəlif yerlərində böhran, qarşıdurmalar, toqquşmalar baş verib. Amma bizdə - Azərbaycanda hər bir insan sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb. Biz fəxr edirik ki, ölkəmiz Azərbaycan, artıq 23 ildir ki, müstəqil ölkədir. Müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəmizi veririk.

Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız.

Mən çox şadam ki, bu gün siz belə gözəl əhval-ruhiyyədəsiniz, şənlənirsiniz, oxuyursunuz, oynayırsınız. Çox şadam ki, biz bütün bayramlarımızı birgə keçiririk. Bilirsiniz ki, Heydər Əliyev Fondu sizin asudə vaxtınızın səmərəli təşkili ilə bağlı tədbirlər hazırlamaq üçün hər zaman öz səylərini göstərir. Heydər Əliyev Fondu ilk gündən, -artıq on ildir ki, Heydər Əliyev Fondu fəaliyyət göstərir, - bizim uşaqlarımızın sağlamlığına və təhsilinə böyük diqqətlə yanaşır.

Əziz dostlar, mən sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik, ölkəmizə əmin-amanlıq arzulayıram. Çox sağ olun, bir daha sizi təbrik edirəm.

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu bayram şənliyi yüzlərlə uşağı sevindirdi.

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu.

Fondun balacalara hədiyyə etdiyi bu qış nağılı isə uşaqların yaddaşında silinməz iz qoydu. Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edib.

Tarix
2014.12.30 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şahbazlının müsahibəsi Ukrayna və Qazaxıstan mediasında

Hələ də onlar öz cəzalarını almayıblar - Əli Həsənov

Ərazi bütövlüyünün pozulmasını istəmirsənsə... - Əli Həsənov

"Star" Avropaya böyük fayda verəcək - Millət vəkili

Biz görürük ki, dünyada bəzi hallarda... - İlham Əliyev

Bu, Bakı və Ankara üçün həyati əhəmiyyət daşıyır – Millət vəkili

Türkiyə-Azərbaycan ittifaqı artıq zərurətdir – Politoloq

Türkiyə ilə meqalayihə: Bakı nə qədər qazanacaq?

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edildi - Foto

Neftin yeni bahalaşma dalğası başlayacaq - Ekspert

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla