Yuxarı

“Axar.az”ın ilk iş günü – FOTOLAR

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düz ay yarımdı yol gəlirik. Hərçənd ki, başlanğıcda bu qədər uzun yola çıxmamışdıq. Gəl gör ki, bu zaman kəsiyində biz "Axar.az" olaraq nələrdən keçmədik... Xırda-para texniki səbəblər bir yana, qarşımızı kəsən qatil həkimlərin sayəsində saytın baş redaktoru Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızı həyatını itirdi. Və biz yola bu böyük itkinin sarsıntısı ilə davam edəsi olduq.

Təəssüf ki, bu doğum günümüzü belə kədərli girişlə başlayıram.

Amma bütün bunlara baxmayaraq, başda Anar bəy və Pərviz bəy olmaqla, bütün kollektivin zəhmətinin nəticə verdiyi gündür.

"Axar.az"ın ilk onlayn iş günü. Nəticə haqda heç nə yazmaq istəmirəm, zaman özü nəticə haqda hər şeyi deyəcək. İstər başından bəri bizi dəstəkləyən dostlara, istərsə də ön yarqıları ilə redaktorlarımız Pərviz və Anar bəyi yarqılayan "dostlara".

Bu gün hətta hər gün işə gecikən bəndəniz belə iş vaxtından xeyli əvvəl artıq ofisdəydi (Zəruri qeyd: 5 dəqiqə işə gecikmişdi! – red.)

Hamımız onsuz da son dərəcə həyəcanlıyıq. Təbii ki, istisnasız olmaz... İstisnamız əziz redaktorumuz Pərvizdi.

Hər zamanki sakit və təmkinli görkəminə zərrə qədər emosiya əlavə etməyən redaktorumuz bir yandan bizi təəccübləndirir, bir yandan da həyəcanımızı yatışdırıb işimizə sakit başla davam etməyimizi sağlayır. Bir də gəlin Pərvizlə illərdir çiyin-çiyinə yol gəlib, bir otağın yan-yana kreslosunda əyləşmiş baş redaktorumuz Anar bəyə baxın!

Səhərdən fövqəladə vəziyyət elan edib narahatlığı ilə "nəfəsimizi kəsən" Anar bəy haqda heç nə yazmıram!

Saat 10.00. Günəşin onlayn olmasından bir neçə saat keçir. Və biz də Azərbaycan mediasının üfüqlərindən virtual onlayn oluruq. Qocaman redaktorlar, istedadlı və kifayət qədər potensiallı gənc imzaların yığışdığı kollektivi ilə ilk iş gününə start veririk.

Və bir azdan hamımızın ayrı-ayrılıqda saytla bağlı aldığımız müsbət rəylər həyəcan bürüyən canımıza yağ kimi yayılır. Artıq nahar fasiləsinin belə fərqində olmayan kollektiv özünü bu sevincə qapdırarkən Holdinqin rəhbəri Aynur Camalqızı təbrik üçün redaksiyamıza gəlir. Özü də əli boş yox, saytın şirinliyi ilə bir yerdə.

"Ümid edirəm ki, "Axar.az" saytı son dövrlər siyasiləşmiş Azərbaycan jurnalistikasından fərqli olaraq öz prinsipləri olan peşəkar media nümunəsi ortaya qoyacaq".

Ardınca redaktorlar öz ürək sözlərini kollektivlə bölüşür - təbrikimizə gələn "Publika.az"ın redaktoru Bəxtiyar Əlirzayev də...

Sonrası da məlum - tort-kəsmə və fotosessiya mərasimi ilə ilk iş günümüzü kefi kök, damağı çağ şirin-şirin başa vururuq.

Tarix
2013.10.19 / 20:09
Müəllif
Sona
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla