Yuxarı

Salaram o namizədi yumruğumun altına…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağacan Əbiyev: "Hafiz Haciyev kürüsünü satsaydı, daha yaxşı olardı"

Ağacan Əbiyevlə vədələşdiyimiz vaxtda görüşə gedirəm. Rektoru olduğu Bədən Tərbiyəsi və İdman Akademiyasının növbətçi-idmançı tələbəsi içəri keçməyimizə mane olur: "Xəbər edim, icazə versələr, keçərsiz", - deyir gənc oğlan. Özüm zəng edirəm:

- Ağacan müəllim, biz burdayıq.

- Balabəyli, vaxt tapdın da gəlməyə, indi çıxıram.

"Bu günə vədələşmişdik" xatırlatmama, "qalx yuxarı", - deyir.

Bir–iki nəfərdən sonra köməkçisi Samirə xanım, "keçin", deyir. İçəri keçirik. Ağacan müəllim gülümsəyir:

- İnan, vaxt yoxdur. İndicə Milli Məclisdən zəng etdilər, gedirəm. Dedim, gəlmisən, qapıdan qaytarmayım, qalxasan, vədələşək, başqa vaxta salaq söhbətimizi.

- Olar, - deyirəm və dəvət gözləmədən qarşı tərəfdə otururam.

İllərin tanışlığı öz rolunu oynayır. Ərkli adamlar kimi sərbəst aparıram özümü. Fatiməyə diktafonu qoşması üçün işarə edirəm. Ağacan müəllim ayıq adamdır.

- Sən Allah, yığışdır onu.

Diktafon isə artıq işə başlayıb.

- Nədən söhbət edəcəkdik? - soruşur. Xatırladıram. - Nə gənclik, - deyir, - görmürsən bunlar nə edir? İndi Milli Məclisdə bunların müzakirəsi olacaq (müsahibə prezident seçkisindən əvvəl alınıb. – red.). Ora tələsirəm.

- Ağacan müəllim, kimin müzakirəsi olacaq ki?

- Namizədlərin. Özlərini, danışıqlarını bilmirlər.

- Yəqin...

- Hamısı. Hafiz Haciyev gedib elə "ikralarını", balıqlarını satsaydı, daha yaxşı olardı, bura onun yeri deyil, axı. O, nə bilir siyasət nədi! Onun siyasəti heç kimə lazım deyil. "Tem bolee" YAP kimi böyük bir partiyaya. O ki qaldı Cəmil Həsənliyə, mənim ona əvvəllər professor olaraq hörmətim vardı, elm adamı idi. Amma indiki vəziyyətdə o özünü professor kimi apara bilmir. Adına layiq söhbət etmir. Küçə-tinlərdə edilən söhbətləri edir. Mən başa düşə bilmirəm bu namizədləri, əgər sən ölkənin siyasi vəziyyətindən, gələcəyindən danışmaq üçün efirə çıxmısansa, nə ixtiyarla kimlərinsə övladından, qızından danışırsan? Hələ qarşı tərəfin danışdıqlarını demirəm. O da dediyinin cavabında ağzına gələni danışacaq da. Ümumiyyətlə, prezidentliyə namizəd olan insan bu səviyyədə danışmamalıdır. Hamısına aiddir, təkcə Cəmil Həsənliyə və Hafiz Hacıyevə yox.

Kül o ölkənin başına ki, siz oranın prezidenti olacaqsınız

Azərbaycana kimin qızının kimin oğlu ilə ailə qurması problem yarada bilməz. Qlobal problemlər var, onlara toxun - əgər o problemləri görürsənsə, həlli yolunu bilirsənsə. Ümumiyyətlə, belə söhbətlərin insanlığa aidiyyəti yoxdur. Bu səviyyə ilə prezident olmaq olar? Kül o ölkənin başına ki, siz oranın prezidenti olacaqsız. Azərbaycanda ayrılıqda hər bir kəsi götürsək, görərik ki, onların hər biri o namizədlərdən ağıllıdır. Azərbaycan xalqı ağıllı xalqdır. Bu xalqa kimə səs vermələrini demək lazım deyil. Bu xalq seçimini edib. Bu xalq özü bilir kimə səs verəcək.

- Sizcə kimə?

- Əlbəttə, İlham Əliyevə.

Debatdır o?

- Deyəsən debatlardan çox narazısız?

- Debatlara gəlincə, onu debat adlandırmaq olmaz. Debatdır o? Amma deyim ki, belə baxanda, debatlardan çox razıyam. Bu debatların sayəsində görürəm ki, kimdir onlar.

Salardım yumruğun altına…

- Təsəvvür edin, gənclik illərinizdir və onlar sizinlə rinqdə görüşürlər…

- Əgər bu namizədlər vaxtilə rinqdə mənim əlimə düşsəydilər, bu gün İctimai Televiziyanın efirində çıxış edə bilməyəcəkdilər. Şikəst olacaqdılar. Salardım yumruğun altına. Birinin çənəsi sınacaqdı, o birinin ağzı-burnu… O ki qaldı rinqə çıxmağa, bu, hər adamın işi deyil. Onlar gərək öncə kişilik nümayiş etdirələr.

Erməni boksçuya uduzmamışam

- Söhbət rinqdən düşmüşkən, deyirlər, gənclik illərinizdə rinqdə bir neçə ermənini məğlub etdiyinizə görə təzyiqlərə məruz qalmısız.

- Azərbaycanda, Rusiyada da mən rinqdə bir neçə erməni döyüşçü ilə qarşılaşmışam. Hər biriylə də oyundan üzüağ çıxmışam. Sərkisyan, Muradyan və s. Bir dəfə beynəlxalq turnir keçirilirdi. Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova respublikalarının boksçuları görüşürdü. Mənim o vaxt 19 yaşım vardı. Sərkisyanı məğlub edərək turnirin 2-cisi olmuşdum. O vaxt mən Rusiyada erməni döyüşçülərlə rinqdə qarşı-qarşıya gəlmişdim. Hər biriylə də yaxşı oyun nümayiş etdirmişdim. Ümumiiyyətlə, erməni boksçuya uduzduğum olmayıb.

Müəllimlərlə mübahisə etmişəm

- Deyirlər, təhsildə aldığınız yüksək qiymətlər idmandakı uğurlarınıza görə olub?

- Elə şey yoxdu. Mən orta məktəbdə də, ali məktəbdə də, aspiranturada da birinci olmuşam. 1961-də Politexnik İnstitutunun əyani şöbəsinə qəbul olundum. Oxuduğum vaxt ərzində müəllimlərlə cəmi bir dəfə mübahisə etmişəm. İmtahan etmədən mənə "4" yazılmışdı. Əsəbiləşdim. Müəllimlə mübahisə etdim. Rektorluğa şikayət etdim ki, məni yoxlamamış niyə qiymət yazıblar? Bəlkə mən ikiyə bilirəm. Yenidən imtahan götürüldü. Bileti çəkdim, hazırlaşmadan başladım suallara cavab verməyə. Və "5" aldım. Hətta müəllimim məndən üzr istədi. 1961-ci ildə təhsil ala-ala, yarışlara gedə-gedə həm də məşqçi işləyirdim. Boş vaxtım demək olar ki, olmurdu. Politexnik İnstitutunda oxuduğum müddətdə bir dənə də olsun "4" almadım. Bütün qiymətlərim "5" idi. 8000 nəfərlik tələbəsi olan Politexnikin yeganə Lenin təqaüdçüsü mən idim. Qurtarandan sonra da rektor məni çağırıb dedi ki, səni Moskvaya göndərirəm, get, orda aspiranturanı oxu. 30 yaşımda aspiranturaya daxil olmuşam. 33 yaşımda müdafiə etmişəm . Onda boksdan uzaqlaşsam da, hakimlik edirdim. Aspiranturanı bitirdikdən sonra məni saxladılar orada işləməyə. 16 il Rusiyada işlədim. Elmlər namizədi, doktorluq adı aldım. Professoram. İxtiralarım, səmərələşdirici təkliflərim elmi şurada heç bir mübahisə olmadan qəbul edilirdi. O vaxt mən idmandan da heç uzaqlaşmadım. Hakimlik edirdim və daha sonra beynəlxalq hakim oldum. 1984-cü ildə artıq adlı-sanli elm adamı və idmançı kimi Bakıya qayıtdım. O zamandan da indiyə qədər Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoruyam.

Rəssam deyiləm, amma…

- Divarlarda rəsmlər asılıb. Siz həm də rəssamsınız. Sərgilərdə rəsm əsərlərinizlə iştirak etmisiniz?

- Boş vaxtlarımda rəsm çəkirəm. Yağlı boya ilə çəkdiklərim də var. Təbiəti sevirəm. Rəsmlərimin çoxu mənzərələrdir. Peşəkar rəssam deyiləm, amma bu sənətə də peşəkarcasına bağlanmışam.

- Ağacan müəllim, heç olubmu ki, bu uğurlar serialında uğursuzluqlarla üzləşəsiniz?

- Olub, əlbəttə. Təhsildə, elmi araşdırmalarımda heç bir problemim olmasa da, idmanda bəzən bunsuz keçinə bilmədim. Çox az da olsa, rinqi məğlubiyyətlə tərk etdiyim anlar olub. Bundan əlavə, ölkənin hər hansı sıxıntılı anlarını vətəndaş olaraq öz uğursuzluğum kimi içimdən keçirmişəm. Qarabağ savaşı və başqaları. Bəzən boksçularımızın, idmançılarımızın məğlub duruma düşməsi vaxtı ilə Federasiya prezidenti, indi isə vitse-prezident kimi mənim uğursuzluğumdur.

Qonşumuzda bir qız böyüyüb

- Bəs gənc, yaraşıqlı, sağlam idmaçının, həm də elm adamının gənclik illərində həyatının lirik anları necə yaşanıb? Arxanızca göz yaş axıdan qadınlar, qızlar olubmu, həm şəhər uşağı olmusuz…

- Yox əşşi, mənim elə şeylərlə aram olmayıb. Vaxtım yox idi kimisə sevim, ya da kimisə gözü yaşlı saxlayım. Ona görə də sevgi macəralarına vaxt ayırmırdım. Bir də onda ayıldım ki, qonşumuzda bir qız böyüyüb. Görüb-götürdüyüm gəncliyimin lirikası da elə bu olub. Dədə-baba qaydası ilə elçi gedilib, toyum olub. 1963-cü ildə ailə həyatı qurdum. Bu il birgə ailə həyatımızın 50 illiyidir. İki qızım, üç nəvəm var. Mən evli ola-ola da lirika-zad bilmədim, sən deyənləri deyirəm, gözü yaşlı kimsəni qoymadım.

Məni provokasiyaya çəkirsən

- Şərt deyil ki, gözü yaşlı qala, elə gözlərində sevinc, qəlbində xoş xatirələr qoyduqlarınız da ola bilər.

- Məni provokasiyaya çəkirsən. Yox, əlavə işlərə ehtiyacım və vaxtım olmayıb. Ailə qurdum. Suraxanıda Əmircan kəndində ata həyətində balaca ev tikdim. Oxumağa oradan gedib-gəlirdim. Başqa heç nəyə gücüm çatmırdı onda. Aspiranturanı qutarandan sonra isə mənə üçotaqlı ev verdilər və ailə-uşağımı da götürüb Rusiyaya apardım…

Ağacan müəllim tələsik ayağa qalxır: "Düzdür, vədələşmişdik. Amma pis vaxtda gəldin. Milli Məclisə gedirəm. - Kabinetindən birlikdə çıxırıq. - Xəbər edərsən, oxuyaram", - deyir.

Tarix
2013.10.23 / 10:57
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla