Yuxarı

“Orxan olayı”na sadə rusların reaksiyası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Zeynalov olayını və Rusiya dövlətinin bu hadisə üstündə təbliğat qurmasını sadə ruslar necə qarşılayır?

"Axar.az" bu sualla Rusiyada yaşayan və yaşadıqları çevrələdə ictimai fəaliyyətləri ilə fərqlənən sadə Rusiya vətəndaşlarından açıqlama alıb.

Səbəb bazarı almaqdır

Çıltas Tannaqaşova (Kemerovo Dövlət Filarmoniyanın solisti): "Mən Sibirdə yaşayıram. Hadisələr haqqında geniş məlumatım yoxdur. Ancaq belə deyirlər ki, bütün baş verənlər orda bazarın azərbaycanlılardan alınması ilə bağlıdır. Axı bazarlara nəzarət əsasən azərbaycanlıların əlindədir. Bizdə də elədir. Mən bu qarşıdurmanın əleyhinəyəm. Bu ancaq bədbəxtlik gətirə bilər".

Bu, bir oyundur

Qalina Daquziyeva (Maykop şəhər sakini, tikiş sexinin sahibi): "Hadisədən xəbərim var. Belə fikirləşirəm ki, bu bir oyundur. Bu vaxta qədər Rusiyada çoxlu adam öldürülüb, heç belə reaksiya olmayıb. Və bu hoqqabazlıq, düşünürəm ki, bütün qafqazlılara qarşı olacaq. İnsanların birgə, mehriban yaşamasına mane olurlar, sadəcə".

Zorakılıq, nasizm çox pisdir

Qalina Linova (Puşkin şəhər dəmiryol idarəsinin baş dispetçeri): "Hadisəni dəqiq bilmirəm. Bildiyim odur ki, bu məsələdə milli maraqlar yox, biznes maraqları var. Mən zorakılığı, nasizmi sevmirəm, heç sevmirəm. Yaxşı olardı ki, bu məsələni sakit sülh şəraitində yoluna qoysunlar".

Hadisəni pisləyirəm

Jenya Leonteva (Krasnokamenski vilayət məhkəməsinin hakimi): "Azərbaycanlılar burada da var, amma paytaxtla, Rusiyanın başqa regionları ilə müqayisədə çox azdır. Zəhmətkeş insanlardır və hörmət sahibləridirlər. Əksəriyyətinin biznesi, böyük pulu var. Hər halda, görüntü budur. Yerlilərlə başqa millətlərin arasında münasibət arada gərginləşir. Moskvada baş verənləri isə mən ancaq televiziya və mətbuatdan izləmişəm. Gərək zorakılıq olmasın. Qanun da, insanlıq da buna icazə verməz. Mən bir qadın, ana və hüquq işçisi olaraq bu qarşıdurmanın əleyhinəyəm. Və bu hadisəni pisləyirəm".

Hər iki halı pisləyirəm

Veronika Lazereva (Çita şəhərindən olan sahibkar): "Qeyri millətlərdən mənim tanışlarım, işçilərim var. Azərbaycanlılar işgüzar və sevimli insanlardır. Onlara münasibət isə yaxşı deyil. Onları gözdən salmaq istəyən qüvvələr də az deyil. Mən Moskvada baş verən hadisəni pisləyirəm, hər iki hal ürəkaçan deyil. İnsanı qətlə yetirmək çox pisdir. Bir qatilə görə də bütün millətə münasibətin dəyişməsi lap pisdir".

Tarix
2013.10.22 / 13:42
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla