Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


“Putin Qarabağda 7 rayonun qaytarılmasını təklif edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Sərkisyanın Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışdığını bildirib:

"Cəbhənin təmas xəttində Ermənistanın aktivləşməsini bu dəfə Bakıya təzyiq kimi qəbul etmirəm. Çünki hətta mətbuatda yayılıb ki, Putin İrəvanda yeddi rayonun geriyə qaytarılmasını Sərkisyanla müzakirə edib və müsbət qərar qəbul etmək fikrindədir. Düzdür, yayılan məlumatların 100% yerinə yetiriləcəyinə də əmin deyiləm.

Moskvanın bu günlərdə Azərbaycana Ermənistan vasitəsi ilə təzyiq göstərdiyini də düşünmürəm. Sadəcə, Ermənistan indiyə qədər verdiyi böyük itkilərin əvəzini çıxmağa çalışır. Ona görə də tülkü kimi müxtəlif xəyanətkar yollarla Azərbaycan Ordusuna sarsıdıcı zərbə vurmaq istəyir. Hətta Ohanyanın özü də öyünərək deyirdi ki, "harada olursa-olsun, Azərbaycanın bizə vurduğu zərbələrin cavabını qaytaracağıq". Ona görə də son zamanlar onlar aktivləşirlər. Bu onların 20 nəfər itki verməsindən sonra daha da artıb.

Ermənistan analarının Sərkisyanın iqamətgahı qarşısında mitinq keçirməsi və ordunun verdiyi itkilər ölkədəki vəziyyəti acınacaqlı vəziyyətə salıb. Belə bir şəraitdə Sərkisyan Ermənistan ordusundan əhalini sakitləşdirəcək "uğur" gözləyir. Bu uğuru onlar artıq iki aydır gözləyir və heç bir nəticə əldə etmirlər. Hər dəfə daha böyük itkilər verirlər. Azərbaycan Ordusunun uğuru və ruh yüksəkliyi göz qabağındadır. Ermənilərin arasında isə aşınma prosesi gedir. Ermənistan ordusunun bir əsgərinin Azərbaycana keçməsi də bunun əyani sübutudur. Xüsusən Zakir Həsənovun "Ermənistanın malik olduğu döyüş ehtiyatlarının 70%-ni ilk həmlədəcə məhv edəcəyik" bəyanatı Ermənistanda ciddi xof yaradıb. Bütün bu səbəblər Moskvanı da hərəkətə gətirib. Moskva bölgədə müharibə istəmir. Çünki müharibənin olması Rusiyanın da müharibəyə cəlb edilməsi deməkdir. Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb. Yeni müharibə ocağının yaranması məsuliyyətini isə Moskva heç vaxt daşıya bilməz".

Tarix
2015.04.01 / 14:37
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

GUAM-ın büro və komitə iclasları keçirildi

Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza siyasəti...

ABŞ-ın yaratdığı Yeni Suriya Ordusunun hədəfi Rusiyadır

Ərəb şeyxləri Ermənistana sərmayə yatıracaq? – Şərh

DMX rəisindən vətəndaşlara çağırış

Atamla görüşmək istəmərəm... - Dilqəmin oğlu

Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - Siyahı

Türkiyədə Azərbaycan bayrağı necə endirildi? – Şok təfərrüat

Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq - Ekspert

Qarabağ danışıqlarında yeganə müsbət məqam – Şərh

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla