Yuxarı

Dolların 58 rubl olması fəlakətdir – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla Qərb arasında müttəfiqlik müqaviləsi bağlamağa ehtiyac yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə söyləyib.

Onun sözlərinə görə, Qərblə münasibətlərin pisləşməsi Rusiyanı çöküşə doğru aparır:

"Azərbaycan onsuz da Qərbin təsir zonasındadır və Qərb Azərbaycanda maraqlıdır. Mən o zaman demişəm və indi də deyirəm ki, əgər Rusiya Qərbə qarşı genişmiqyaslı müharibəyə başlasa, o zaman Azərbaycana Rusiya tərəfindən birbaşa təhlükə ola bilər. Amma hadisələrin gedişi onu göstərir ki, sanksiyalar, Qərblə münasibətlərin pisləşməsi Rusiyanı çökməyə doğru aparır. Rusiya Ukraynada uğur qazanmayıb. Əgər Rusiyanın iqtisadiyyatı inkişaf etsəydi, onun Çinlə, Avropayla və başqa dövlətlərlə müttəfiqliyi mümkün olsaydı, o zaman mən deyərdim ki, Rusiya SSRİ-ni bərpa edəcək. Lakin Rusiyanı çökürdürlər və ona imkan vermirlər. Rusiya iqtisadiyyatı bu vəziyyətdə olduğu zaman yeni heç bir yerdə özünə ikinci, üçüncü cəbhə açmaq iqtidarında deyil. Rusiya Abxaziya və Osetiyada öz bazalarını yerləşdirir. Bundan əlavə, ərazilərinin hər yerində hərbi təlimlər keçirir. Bunun vasitəsilə Moskva Qərbə çatdırmağa çalışır ki, sanksiyalarsız onunla danışığa girsin və Rusiya ilə sülh müqaviləsi bağlansınlar".

V.Quluzadə Rusiyanın dünyanı yenidən bölmək iddiasına nail olmayacağını deyib:

"Yenidən Yalta konfransını keçirmək mümkün deyil. Çünki o zaman danışan müttəfiqlər idi. SSRİ, ABŞ və Böyük Britaniya müttəfiq olduqlarına görə razılığa gəlmişdilər. Bu dəqiqə Rusiyanın heç bir müttəfiqi yoxdur və Avropa da, ABŞ da onunla qarşıdurmadadır. Onların heç biri Rusiyanın atdığı addımı dəstəkləməyəcək. Rusiyanın vəziyyəti ağırlaşmağa doğru gedir. Doğrudur, gördükləri tədbirlər rublun qiymətini bir qədər stabilləşdirə bilər. Amma hansı müstəvidə bunu ediblər? Fəlakət müstəvisində. Dollar indi 57-58 rubldursa, bu, artıq fəlakətdir. Neft qiyməti yenə aşağı gedəcək və Rusiyanı yeni sarsıntılar gözləyir. Rusiya Ukraynadan salamat çıxmaq istəyir. Mən bir müddət öncə Lukaşenkonun Qərbə müraciətini dinlədim. Danışan Lukaşenko yox, Putin idi. Yalvarırlar ki, gəlin, Normand dördlüyü içində Rusiya ilə danışıq aparın. Amerika buna getməyəcək. Çünki Rusiya bundan öncə gərək tutduğu ərazilərdən əl çəksin. Hadisələr göstərir ki, Rusiya yeni cəbhələr açmayacaq. Ona görə də Rusiyadan nə Azərbaycana, nə Qazaxıstana, nə Özbəkistana təhlükə gözləyirəm".

Tarix
2015.04.02 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla