Yuxarı

Qaxda başlayan meşə yanğını söndürülüb - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

(2013-12-31)

20 :12

Bu gün axşam saatlarından başlayaraq Qax rayonunda yerləşən Ulubaş dağının meşə massivi yanmağa başlayıb.

Verilən məlumata görə, yanğının tüstüsü rayonun demək olar ki, bütün ərazisindən görsənir. Rayon sakini Saleh Şirinovun sözlərinə görə, yanğını söndürmək üçün şəxsi avtomobili olanlar o səmtə yola çıxırlar. Qax rayon polis şöbəsinin baş leytenantı Nemət Rəşidov isə deyib ki, yanğın otlaq sahədə qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün ora yollanıblar.

Qeyd edək ki, bu gün günorta saatlarında Yevlax rayonunun Xanabad kəndində yaşayış evində də yanğın hadisəsi baş verib.Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb (ANS).

(2013-12-31)

22 :27

Bu gün axşam radələrində Qax rayonu Ulubaş adlanan zirvədə naməlum səbəbdən başlayan yanğın davam edir.

Verilən xəbərə görə, hadisə yerinə getmək istəyən Qax Yanğından Mühavizə Hissəsinin yanğınsöndürənləri dağın zirvəsinə qalxa bilməyiblər. Müşahidə zamanı yanğının artaraq dağda ağacların sıx olduğu ərazilərə keçməsi hər kəsi təşvişə salıb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 35 nəfər şəxsi heyəti və Qaxbaş kənd sakinlərindən ibarət qrup cəlb olunub. Onlar hal-hazırda piyada dağın zirvəsinə qalxmağa çalışırlar.

Şəxsi heyət və kənd sakinləri yanğının sıx meşəliyə keçməməsi üçün hadisə yerinə yollanıblar. Bir müddət sonra isə yanğının şiddəti biraz da artıb və hal-hazırda yanğın davam edir.

(2014-01-01)

14 : 06

Qax rayonunda dünəndən başlayan yanğının qarşısı alınıb. Lakin hələ də yanğın baş verən sahədə tüstülənmə müşahidə olunur. Yanğınsöndürən maşınlar əraziyə qalxa bilməyiblər, hadisə yerinə canlı qüvvə cəlb olunub.

Hal-hazırda da yanğın baş verən ərazidə yanğınsöndürənlər işləyir. Yanğının sıx meşə massivinə keçib-keçmədiyi isə dəqiq bilinmir.

Tarix
2014.01.01 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla