Yuxarı

İranda qaz çatışmazlığı: stansiyaların yarısı bağlanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda sənaye müəssisələrinə qaz tədarükünün məhdudlaşdırıldığı halda, ölkədə soyuq hava şəraiti ilə əlaqədar qaz istehlakı kritik həddə çatıb.

Dekabrın 30-da daxili və kommersiya müəssisələrinin ümumi qaz istehlakı sutkada 482 milyon kubmetri ötüb ki, bu da ötən il martın 21-də başlayan cari İran təqvim ilinin yeni rekordunu müəyyənləşdirib.

Elektrik stansiyalarına qaz tədarükü məhdudlaşdırılıb, poladtökmə, sement və neft-kimya sahələri daxil olmaqla, ölkənin əsas sənaye sahələri qaz çatışmazlığı ilə üzləşiblər.

Tehranda, həmçinin, ölkənin şimal və qərb vilayətlərində bəzi avtomobil qazdoldurma kompressor stansiyalarına (AQKS) qazın verilişi çatışmazlıq və aşağı təzyiq səbəbindən dayandırılıb ki, bu da benzin istehlakının xeyli artmasına gətirib çıxarıb.

İranın AQKS Sahibləri İttifaqının Direktorlar Şurasının sədri Ardeşir Dadras bildirib ki, çatışmazlıq və aşağı təzyiq səbəbindən Tehranda AQKS-lərin təqribən 50 faizi bağlanılıb (Trend.az).

Tarix
2014.01.02 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla